30 iyul 2015 13:00

Əcnəbi idmançılar bədii gimnastlarımızın əsas yoxlama məşqinə qatılıblar

Məlum olduğu kimi, açılışı 2014-cü ilin aprel ayında baş tutan Milli Gimnastika Arenasında bütün 6 gimnastika növləri üzrə Azərbaycan yığma komandalarının məşqləri keçirilir. Azerisport.az xəbər verir ki, bədii gimnastika üzrə yığma komandanın məşqlərinə vaxtaşırı olaraq, dünyanın müxtəlif ölkələrinin idmançıları da qatılır.

İtaliya, Latviya, Norveç, Finlandiya, Çex Respublikası, Slovakiya, Macarıstan kimi Avropa qitəsi ölkələrinin, eləcə də qonşu Türkiyənin nümayəndələri ilə yanaşı, burada həmçinin Asiya, daha dəqiq desək Qazaxıstan, Şimali Amerika qitəsinin – Kanada və Meksika, Sakit okeanın Yeni Zelandiya gimnastları da olublar.

Təlim-məşq toplanışlarında bir dəfə iştirak etmiş, həm məşq prosesi, həm də tibbi-bərpaedici prosedurların həyata keçirilməsi üçün yaradılmış şəraitdən istifadə etmiş, eləcə də qonaqpərvərliyimizdən təsirlənmiş qonaqlar dəfələrlə gimnastika arenasına qayıdıblar.

Bakının bu yay günlərində zala daxil olarkən, elə düşünmək olar ki, burada növbəti beynəlxalq yarış keçirilir. Bu onunla əlaqədardır ki, sentyabr ayında Almaniyanın Ştutqart şəhərində keçiriləcək və Rio-2016 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq Dünya Çempionatına hazırlaşan  bədii gimnastlarımızın gündəlik məşqinə Kanada, Yeni Zelandiya, Estoniya, Qazaxıstan, Türkiyə və ilk dəfə olaraq Afrika qitəsinin Misir  yığma komandalarının gimnastları da qoşulublar. 

Başda bədii gimnastika üzrə Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasileva olmaqla, yerli mütəxəssislərin tövsiyələrindən bəhrələnərək, bu gün, əcnəbi idmançılar, Azərbaycan yığma komandasının növbəti yoxlama məşq toplanışında düzəlişlər edilmiş çıxışlarını nümayiş etdiriblər. 

Bizim gimnastlara gəldikdə isə, qarşıdakı Dünya Çempionatında iştirakları planlaşdırılan, komandanın lideri Marina Durunda, gimnastlarımız Ayşən Bayramova, Gülsüm Şəfizadə, Zeynep Celep çıxış ediblər.

Çıxışlar xarici gimnastların əfsanəvi “O olmasın, bu olsun” kinofilmindən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun müsiqisi sədaları altında incə nümunəvi kompozisiya ilə sona çatıb.

Mühüm yarışlar və onlardan əvvəl gələn beynəlxalq turnirlər öncəsi keçirilməsi ənənəyə çevrilmiş yoxlama məşq toplanışını, Azərbaycan  Gimnastika Federasiyasının Vitse-prezidenti Altay Həsənov və İcraiyyə Komitəsinin digər üzvləri də izləyiblər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.