25 may 2015 14:30

Yuliya İnşına: Planlarım, Avropa Oyunlarında layiqincə çıxış etməkdir

Olimpiya idman növü olan qadın idman gimnastikası, iyun ayında Bakıda təşkil olunacaq Avropa Oyunlarında təmsil olunan idman növlərindən biridir. Azerisport.az xəbər verir ki, Azərbaycanı oyunlarda bu idman növü üzrə 3 gimnast təmsil edəcək və  onlar 6 cüt medal uğrunda – komanda hesabı, şəxsi növçülük, ayrı - ayrı alətlərdə - gimnastika tiri, müxtəlif hündürlüklü qollar, dayaqla tullanma və sərbəst hərəkətlərdə mübarizə apacaqlar.

Bu oyunların mümkün iştirakçılarında biri, Yuliya İnşına ilə həmsöhbət olaraq, onun idmana gəlişi və ən vacib yarışa necə hazırlaşmağı barədə maraqlandıq.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Mən bağçada olanda, gənc məşqçilər gəldi və bizə dəvətnamələr payladılar. Valideynlərim məni zala aparmaq qərarına gəldilər və hər şey buradan başladı. Lakin, bu mənim seçimim idi. İlk gün biz batutda hoppanır, müxtəlif hündürlüklü qollarda sallanırdıq və bu mənim çox xoşuma gəldi.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Batut gimnastikası ilə və ya suda hoppanma ilə məşğul olmağı arzulayardım.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Xüsusi sirrləri yoxdur, sadəcə özümü sakitləşdirməyə çalışıram. Çalışıram ki, tamaşaçılar, tribunalardakı azarkeşlər barədə düşünməyim, ancaq alətimi görürəm. Məşqçi də məhz bizə bunu öyrədib.

- Fikrincə hər hansı idman növündə vacib olan nədir?
- Heç zaman təslim olmamaq. Əgər hər hansı uğursuzluq və ya düşmə ehtimalı varsa, ən əsası təslim olmamaqdır.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- İdman növündən asılıdır, əlbəttə. Fikrimcə, bizim idman növü hər gün təhlükəlidir. Çünki, biz tez-tez alətdən yıxılırıq. Əlbəttə, zədələrdən qaçmaq üçün bizə düzgün yıxılmaq qaydalarını öyrədiblər. 

- İdmanda kumirin varmı?
- Əgər idman gimnastikasından danışırıqsa, əvvəllər Svetlana Xorkina idi, indi isə Aliyə Mustafina, Simona Baylz və Larisa İordaçedir.

- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- Bu həftə biz Portuqaliyaya, Dünya Kuboku yarışına yollanırıq. Və əlbəttə, Avropa Oyunları. Planda heç kəsi məyus etməmək və yaxşı çıxış etməkdir.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Bu yarışın mənim üçün nə məna kəsb etdiyini sözlə ifadə etmək çətindir. Bu barədə düşünmək belə məni çox həyəcanlandırır. Mənim üçün ən böyük yarış Dünya Çempionatı idi, orada qarışıq emosiyalar, çox sayda insanlar var idi. Eyni zamanda həm gülmək, həm ağlamaq istəyirdim, təlaş içində idim. Oyunlar barədə, xüsusilə bu yarış Azərbaycanda keçirilsə söz tapmaq çətindir. Lakin, düşünürəm ki, daha asan olacaq, çünki bizi dəstəkləyən insanlar çox olacaq.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Hələ ki, yoxdur. İstərdim tibb sahəsində təhsil alım, lakin bunun üçün ilk öncə peşəm üzrə idman institunun bitirməliyəm, daha sonra baxarıq, bəlkə fikrimi dəyişdim (gülür).

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Vacib yarışlar olmayanda bu mümkündür, amma yarışlar zamanı məşqlərdən sonra yoruluram, təkcə seriallara baxmağa imkan olur, başqa heç nəyə.

- Öz ailən haqda danış bir az.
- Ailəm, idmançı ailəsi deyil, təkcə qardaşım gimnastikayla məşğul olur. Valideynlərim məni hər zaman dəstəkləyir, anam çox narahat olur , atam büruzə verməsə də, hər zaman məni dəstəkləyir.

- Sevdiyin şəxs varmı?
- Müxtəlif variantlar ola bilər (gülür), lakin hələlik mən böyük idmandayam, ciddi münasibətlər qurmaq mümkün deyil. Əlbəttə, gələcəkdə seçəcəyim insanın idmançı, qeyri-adi insan olmasını istərdim.

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Sonuncu çempionatda (Açıq Azərbaycan Çempionatı) xüsusi olaraq, “Lezginka” musiqisi sədası  altında nümayiş etdirdiyim sərəbəst hərəkətlərdən öncə hər kəs “Yuliya irəli!” -  deyə qışqırırdı.

- Onlara nə demək istərdin?
- Dəstək olduqları üçün təşəkkür edirəm. Ümid edirəm ki, oyunlarda dəstək daha çox olacaq.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.