20 may 2015 00:15

Altay Həsənov: Avropa Oyunlarında medal gözləyirik

Milli Gimnastika Arenasında gimnastların açıq məşqini izləyən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov jurnalistlərin suallarına cavab verib. Azerisport.az xəbər verir ki, federasiya rəsmisi idmançıların Avropa Oyunlarına hazırlığından danışıb:

"Qarşıda bizi Avropa Oyunları çərçivəsində gimnastika bayramı gözləyir. Avropa Oyunlarında gimnastika növləri üzrə yarışlar 2015-ci ilin 14-21 iyun tarixlərində baş tutacaq. Avropa Oyunları ilk dəfə Bakıda keçiriləcək və Avropa idman tarixi yazılacaq. Biz çox istərdik ki, burada uğurla çıxış edək. Bunu hamımız - azarkeşlər, federasiyamız gözləyir. Biz tam hazırıq, bu gün də idmançılarımızın hazırlıq səviyyəsinə baxmaq üçün burada toplaşmışıq".

Altay Həsənov qeyd edib ki, açıq məşq zamanı gimnastların hazırlığından razı qalıb: "Zədələr olmasa, hakimlər öz işlərini yaxşı, düzgün aparsalar, gimnastlar da yaxşı çıxış etsə, medallar qazanacağıq. Bilirsiniz ki, bəzən hakimlər gimnastikada subyektiv yanaşmayla yadda qalır. Amma inanırıq ki, Avropa Oyunlarında hər şey obyektiv olacaq. O ki qaldı şəraitə, möhtəşəm arenamız var, gözəl fan-klubumuz, azarkeş dəstəyimiz var. Ümid edirəm ki, Avropa Oyunları zamanı arenamızda azarkeşlərin sayı çox olacaq. Oyunlara biletlər çox ucuzdur. Hamımız bu bayramda iştirak etməklə idmançılarımıza dəstək olmalıyıq".

Azərbaycanda gimnastikanın inkişafından danışan vitse-prezident gələcəkdə gimnastikanın bütün növləri üzrə uğur qazanacaqlarına inandığını dedi: "Ən çox bədii gimnastikanı inkişaf etdirmişik. Ona görə də bizim nailiyyətlərimiz bununla bağlıdır. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar bizə təkan verdi ki, 2013-cü ilin sonundan digər gimnastika idman növlərini də inkişaf etdirək. Bu növlər aerobika, qadın idman gimnastikası və batutdur. Biz gələcəkdə bu idman növləri üzrə yarışlarda da nailiyyətlər gözləyirik".

Federasiyanın vitse-prezidenti bildirib ki, bu gün komandada psixoloji durum yaxşıdır: "Gimnastlar hazırlaşırlar, bəzi səhvlər olur. Ümid edirik ki, Avropa Oyunlarında həmin səhvlər olmayacaq. İnanırıq ki, işimizin nəticəsi olaraq Avropa Oyunlarında bizi medallar gözləyir. Çünki həqiqətən də Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva, federasiyanın bütün işçiləri, idmançılar və məşqçilər böyük zəhmət çəkiblər. Bu zəhmətin qarşılığında medallar da olmalıdır".

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.