18 may 2015 18:45

Azərbaycanlı gimnastın adı Şöhrət Zalına daxil edilib

16 may tarixində Oklahoma-Siti (Oklahoma ştatı, ABŞ) şəhərində IGHOF (International Gymnastics Hall of Fame) tərəfindən hər il təşkil olunan mərasim baş tutub. Azerisport.az xəbər verir ki, tədbirdə 5 nəfərin adı Beynəlxalq Gimnastikanın Şöhrət Zalına daxil edilib. Bu şərəfə Beynəlxalq Gimnastika Federasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin keçmiş  rəhbəri Filipp Silaççi, almaniyalı gimnast Yohanna Quass, ikiqat Olimpiya çempionu Ebi Qrosfeld, Olimpiya çempionu Yelena Zamolodçikova və Olimpiya çempionu, üçqat Dünya çempionu azərbaycanlı gimnast Valeri Belenki nail olublar.

1992-ci ildə Barselonada keçirilən Olimpiya Oyunlarında Valeri Belenki Birləşmiş komandanın tərkibində komanda hesabında qızıl, mütləq birincilikdə isə bürünc medala sahib çıxmışdır.

Beynəlxalq Gimnastikanın Şöhrət Zalının əsası 1972-ci ildə qoyulub və Oklahoma-Siti şəhərində yerləşir. Hər il xüsusi komissiya Şöhrət Zalına daxil olan gimnastların siyahısını açıqlayır.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.