14 may 2015 12:00

Marina Nekrasova: Avropa Oyunları mənim üçün böyük məsuliyyət olacaq

Avropa Oyunlarının başlamasına bir aydan az vaxt qalıb. Bakıda keçiriləcək tədbirdə 16 olimpiya və 4 qeyri-olimpiya idman növü olmaqla 20 idman növü üzrə yarışlar keçiriləcək. Azerisport.az xəbər verir ki, Avropanın hər bir yerindən 6000-dən çox idmançı 17 yarış günü ərzində öz ölkələrini təmsil edəcəklər.

Digər gimnastika növləri ilə yanaşı oyunlarda tək Avropada yox, bütün dünyada sevilən qadın idman gimnastikası da təmsil olunacaq. Azərbaycanda bu idman növü yaxın keçmişdə - 2013-cü ilin sonlarında inkişaf etdirilməyə başlanılıb, Anna Pavlova və Marina Nekrasova isə Azərbaycanı beynəlxalq arenada təmsil edən ilk gimnastlar olmuşdular.

Ənənəyə sadiq qalaraq, Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti digər iki gimnast ilə bərabər oyunlarda ölkəmizin şərəfini qoruyacaq Marina Nekrasova ilə həmsöhbət olub.
 
- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Bu çoxdan olub; 3,5 yaşım olanda valideynlərim məni gimnastikaya gətirdi. O yaşda mən çox şeyi seçə bilmirdim, ona görə də bu valideynlərimin seçimi idi. İllər ötdükcə bu idman növünün necə gözəl və qeyri-adi olduğunu anladım.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Yoxlamaq olardı, amma gimnastikadan gedə bilmərəm.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Yarış meydançasına öz həyəcanımı çıxarmamağı çalışıram, onlarla evdə mübarizə aparıram.

- Fikrincə hər hansı idman növündə vacib olan nədir?
- Ən əsası öz idman növünə qarşı istəkli, əzmli və səbrli olmaqdır.

- Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- İdman növündən, əlbəttə, çox şey asılıdır, ən əsası isə məşqlərə düşüncə ilə yanaşmaqdır. 

- İdmanda kumirin varmı?
- Heç kimi xüsusi qeyd etmirəm, amma hörmət etdiyim çox idmançı var.

- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- Yaxın gələcək üçün planlarım Dünya Kuboku və Avropa Oyunlarıdır. Əlbəttə, bir neçə yarış da var, amma onlar haqqında hələ düşünmürəm. 

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Avropa Oyunları məni idmana qaytaran məqsəddir. Onlar mənim üçün böyük məsuliyyət olacaq, ona görə də yaxşı nəticə əldə etmək üçün hazırlıqlara bütün gücümü sərf edirəm!

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Mənim arzum, Olimpiya Oyunlarına düşməkdir. 

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Alınır. İstək olduqda hər şey mümkündür (gülür).

- Öz ailən haqda danış bir az.
- Böyük və dostcanlı ailəm var. Sevdiklərim mənə görə narahat olurlar və hər gün dəstəkləyirlər.

- Sevdiyin şəxs varmı?
- Sevdiyin şəxsi gizlətmək çox çətindir, əgər varsa hamı ondan xəbər tutur.

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər?
- Adətən yarışlarda diqqətimi çıxışıma yönəldirəm. Azarkeşlər nə qışqırdıqlarını özləri bilirlər (gülür). 

- Və sən onlardan nə eşitmək istərdin?
- Dəstəklədiklərinə görə çox sağolsunlar, azarkeşlərsiz adrenalin qaynamır! Azarkeşlər mənim çıxışımın bir hissəsidir.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.