6 may 2015 13:00

Fərid Qayıbov: Avropa Gimnastika İttifaqında hakimliyin müzakirə olunmasına çalışacağam

Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov Minskdə keçirilən 31-ci Avropa çempionatının yekunlarıyla bağlı azərisport.az saytına açıqlama verib. Federasiya rəsmisi nəticədən razı qaldığını bildirib:

"Azərbaycan gimnastları 2009-cu ildən etibarən ardıcıl olaraq bütün Avropa çempionatlarında medal qazanıb. Bu dəfə biz ardıcıl olaraq 7-ci qitə birinciliyində medala layiq görüldük. Sözsüz ki, gimnastikada ənənəvi olan favorit ölkələr var. Azərbaycan da həm qrup hərəkətləri üzrə, həm də fərdi mübarizədə mükafatlar uğrunda mübarizə aparmağa qadirdi. Minskdə göstərilən kompozisiyalar Azərbaycanda gimnastikanın inkişafda olduğunu göstərdi. Biz düzgün yoldayıq və bundan sonra da bu yolla davam edəcəyik".

Qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət yığma medala layiq ustalıq nümayiş etdirdi. Federasiya rəsmisinin fikrincə hakimlərin qiymətləri onları ilk üçlükdən kənarda qoydu: "Qızlarımız sözün əsl mənasında yaxşı çıxış etdilər. Çətin kompozisiya hamı tərəfindən alqışla qarşılandı. Sonda hakimlərin qiymətləndirməsi onları ilk üçlüyə daxil etmədi. Biz onların çıxışını yüksək qiymətləndiririk. Bu komanda qitədə ən yaxşılar sırasındadır".

Avropa çempionatı gimnastımız Ayşən Bayramova üçün debütlə yadda qaldı. Gənc idmançımız ona bəslənən ümidləri doğrultdu: "Ayşən ilk dəfə belə mötəbər yarışda iştirak etdi. Yekunda 16-cı olsa belə bir sıra güclü həmkarlarını qabaqladı. Eyni zamanda Bayramova gələn il keçiriləcək qitə birinciliyində iştirak üçün vəsiqə əldə etdi. Ayşən kompozisiyanı uğurla yerinə yetirməklə rəqabətə hazır olduğunu nümayiş etdirdi. Marina Durunda son çıxışında bizi sevindirdi. Hakimlər onun çıxışını düzgün qiymətləndirməmişdi. Bizim etirazımızdan sonra çıxışa yenidən baxıldı və ona layiq olduğu xal verildi. Durundanın milli musiqi sədaları altında kompozisiyası bürünc medala layiq görüldü".

Fərid Qayıbov yarış zamanı hakimlərin etdiyi səhvlərin Avropa Gimnastika İttifaqı tərəfindən araşdırılacağını da söylədi: "Avropa Gimnastika İttifaqında ənənəyə uyğun olaraq həm idman gimnastikası, həm də bədii gimnastika üzrə Avropa çempionatı təhlil olunacaq. Bu zaman hakimliyin müzakirə olunması gözlənilir. Ən azı bu məsələnin baxılmasını təklif edəcəm. Çünki, belə qiymətləndirmə davam edə bilməz".

Avropa Oyunlarına gəlincə gimnastlarımız mötəbər yarışa hazırlığı davam etdirir. AGF-nin baş katibi artıq Avropa Oyunlarında iştirak edəcək idmançıların böyük ölçüdə məlum olduğunu dedi: "Qrup hərəkətləri üzrə yığmamız 6 gimnastdan ibarətdir. Heç bir problem olmasa onların heyətində dəyişiklik olmayacaq. Marina Durunda liderliyini qoruyur, ona görə əminliklə demək olar ki, Avropa Oyunlarında iştirak edəcək. İkinci gimnastın adı ayın sonunda dəqiqləşəcək. Ayşən Bayramova Avropa çempionatında özünü yaxşı tərəfdən göstərdi, eyni zamanda bizdə Gülsüm Şəfizadə var. Son qərarı baş məşqçi Mariana Vasileva verəcək".

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.