4 aprel 2015 19:20

Valentin Demyanenko: Özümü Avropa Oyunlarına hazır sayıram

Beynəlxalq Prezident Kuboku reqatasında 1 nəfərlik kanoe qayığı ilə 200 metr məsafəyə yürüşdə qalib adını qazanmış Valentin Demyanenko fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, 32 yaşlı kanoeçi jurnalistlərə açıqlamasında güclü rəqiblərlə mübarizə apardığını bildirib.

O, rəqibləri arasında gənclər arasında dünya çempionatının gürcüstanlı bürünc mükafatçısı Zaza Nadiradzeni xüsusi qeyd edib. "Nadiradzedən başqa digərləri də çox ciddi rəqiblər idi. Yəni final yürüşünün səviyyəsi də zəif deyildi" deyən Demyanenko küləyin bərabər şərtlər altında hərəkətə maneçilik törətdiyini vurğulayıb: "Amma biz bu çətinliyin öhdəsindən gəldik və hər şey normal alındı".

4 qat dünya və 4 qat Avropa çempionu hazırda əsas məqsədinin I Avropa Oyunlarında yüksək səviyyədə çıxış etməkdən ibarət olduğunu söyləyib: "Bu yarış mənə Avropa oyunlarına hazırlıq baxımından əhəmiyyətli idi. Çünki hazırda mənim üçün ən vacib yarış məhz bu Oyunlardır. Hazırlaşıram, çalışıram. Avropa oyunlarında qələbə, yaxşı nəticələr göstərmək üçün mübarizə aparacağıq. Artıq özümü buna hazır sayıram. Zədə ilə bağlı problemim qalmayıb. Demək olar ki, tam bərpa olunmuşam. Yarışda bütün gücümü ortaya qoyacağam".

Qeyd edək ki, I Avropa Oyunlarında kayak və kanoe yarışları Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. (AMAF)

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.