10 mart 2015 19:45

AGF mükafatlandırıldı

Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyası tərəfindən (BGF) 2014-cü ildə fərqlənmiş üzv Federasiyalar arasında 3-cü yerə layiq görülmüşdür. Azerisport.az xəbər verir ki, bu qərar 2015-ci il fevral ayının sonunda BGF-nın Lozanna (İsveçrə) şəhərində yerləşən Baş ofisində İcraiyyə Komitəsinin növbəti iclasında qəbul edilib.

İllik mükafatlandırma proqramı Federasiyaların beynəlxalq fəaliyyətlərinə (Dünya Kubokunda və ən azı 10 Dünya Kuboku mərhələlərində, BGF-nın Konqresi, BGF-nın Simpoziumu, məşqçilik Akademiyası və s.) və  yuxarıda qeyd olunan yarışlara vaxtında qeydiyyatın aparılmasına əsasən fərqlənmiş Federasiyaların mükafatlandırılması üçün təsis olunmuşdur. Mükafata layiq görülmüş ölkələr sırasına Belarusiya (1), Bolqarıstan (2), Rusiya (4) və Çin (5) də daxildir. Fərqlənmiş Federasiyalara layiq görülmüş yerlərə əsasən BGF tərəfindən pul mükafatları təqdim olunacaq (1-ci yer - 15.000, 2-ci yer– 12.500, 3 -cü yer - 10.000, 4-cü yer – 7.500 və 5-ci yer – 5.000 İsveçrə frankı).

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.