5 mart 2015 15:30

Oleq Stepko: Azərbaycanda gimnastların I Avropa Oyunlarında uğurlu çıxışı üçün bütün zəruri şərait var

"Azərbaycanda gimnastların I Avropa Oyunlarında uğurlu çıxışı üçün bütün zəruri şərait yaradılıb". Azerisport.az xəbər verir ki, bunu Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatında çoxnövçülükdə qızıl medal qazanmış gimnastımız Oleq Stepko deyib.

Onun sözlərinə görə, çempionata hazırlıq əvvəlcədən başlayıb: “Mən çıxış proqramımı mürəkkəbləşdirdim və demək olar ki, tamamilə yeni proqramı icra etdim. Çempionata tez və böyük yüklənmə şəraitində hazırlaşmağa məcbur oldum. Belə nəticə əldə etmək üçün belə yüklənmələri artırmalı oldum”.

O.Stepko qeyd edib ki, Azərbaycana çempionatda iştirak etmək üçün bir çox məşhur idmançı gəlib: “Hazırda idman gimnastikasında yeni nəsil yetişir. Rəqabət də artır. İdmançılarımız çalışdılar. Onlara afərin. Lakin yekunda daha güclü oldum. Proqramın digər növlərində də medallar uğrunda mübarizə aparacağam. Fikrimcə, çoxnövçülüyün yekunlarına əsasən proqramın digər növlərində də iştirak edəcəyəm, medallar uğrunda mübarizə aparacağam”.

Gimnast əlavə edib ki, yekun nəticələr açıqlandıqdan sonra qalib olduğunu anlayıb: “Adətən, toplanmış balları gördükdən sonra qalib olduğunu düşünürsən, çünki hər şey baş verə bilər. Şəxsi təcrübəmdən bilirəm ki, bəzən üçüncü yerə görə sevinəndə 15 dəqiqə sonra 4-cü yerdə olursan. Heç vaxt əlləri aşağı salmaq olmaz və hətta bir dəfə yıxılmaq bizim idmanda heç nəyi həll etmir”.

Onun sözlərinə görə, I Avropa Oyunlarına hazırlıq başlayıb: “Oyunlara hazırlıq artıq başlayıb və cari çempionat bu Oyunlara doğru ilk addımdır. Bu çempionatdan sonra bizi gimnastika üzrə Avropa çempionatı, iki həftədən sonra isə Dünya Kuboku gözləyir. Bu, I Avropa Oyunlarına hazırlaşmaq və iştirak etmək üçün zəruri olan yarış və startların ən sıx dövrü olacaq. Üstəlik, Azərbaycanda bunun üçün bütün zəruri şərait yaradılıb”. (Trend)

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.