16 fevral 2015 12:15

Gülsüm Şəfizadə: Avropa Oyunları – idman tarixinin ən vacib tədbirlərindəndir

Bu yay Bakıda təşkil olunacaq Avropa Oyunlarında təmsil olunacaq bir çox idman növlərindən biri də bədii gimnastikadır. Azerisport.az xəbər verir ki, bu idman növündə ölkəmizi 2 fərdi gimnast və qrup komandası təmsil edəcək.

Azərbaycan Gimnastika Federasiyasının layihəsi çərçivəsində, bu oyunlara namizəd iştirakçılardan biri - Gülsüm Şəfizadə idmana gəlişi, idman planları və bir çox digər məlumatları bölüşüb.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- İlk öncə bədii gimnastikayla mənim bacım məşğul olmağa başladı, bir müddət sonra isə hərəkətli və narahat uşaq olduğum üçün, anam məni də gimnastikaya yazdırmaq qərarına gəlib.  Demək olar ki, bu anamın qərarı olub.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Yəqin ki, yox. Mənim həyatım uşaqlıqdan bədii gimnastikayla sıx bağlı olub. Ona görə də, özümü başqa idman növündə təsəvvür edə bilmirəm.

- Fikrincə, hər hansı idman növündə vacib olan nədir?
- Mən düşünürəm ki, vacib olan əmək, səbr və inamdır. Öz yorğunluğunu, təmbəlliyini aşaraq, hər gün, hər məşqdə zəhmət çəkmək lazımdır.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Hər idmançı çıxış öncəsi həyəcanlanır, lakin bu məndə bir az fərqli baş verir. Xalçadan kənarda mən həyəcanlana bilərəm, amma xalçaya çıxdığımda və azarkeşlərimin səslərini eşitdikdə, bütün qorxularım yox olur və mən böyük zövqlə çıxış edirəm. Təmkinli olmağımın sirrinə gəldikdə isə, hər kəsin öz sirri var, əlbətdə məndə də. Məhz, sirr olduğuna görə də bu barədə danışmayacağam (gülür).

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- Deməzdim ki, bədii gimnastika travmatik idman növüdür. Belə ki, peşəkar idmanla məşğul olan hər kəsdə travma ola bilər.

- İdmanda kumirin varmı?
- Mənim kumirim Londonda keçirilən Olimpiya Oyunlarının gümüş medal mükafatçısı - Dərya Dmitriyevadır.

- Yaxın gələcək üçün idman planlarından danış bir az.
- Öncədən plan qurmağı xoşlamıram, zaman hər şeyi göstərəcək. Lakin deyə bilərəm ki, ilin ən önəmli yarışları Avropa Çempionatı, Avropa Oyunları və Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Dünya Çempionatı. Bu oyunlarda ölkəmizi layiqincə təmsil etmək istəyirəm.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Avropa Oyunları – idman tarixinin ən vacib tədbirlərindəndir. İlk dəfə olaraq təşkil olunacaq bu oyunların məhz Bakıda keçirilməsi məsuliyyətimizi ikiqat artırır.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Əlbətdə var. Axı idmandan sonra da həyat maraqlı olmalıdır.

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Xeyr, lakin mən heyfslənmirəm.

- Öz ailən haqda danış bir az.
- Mənim dostcanlı ailəm var – anam, bacım və mən. Anam hərbçidir, bacım bədii gimanstika üzrə yığma komandanın məşqçisi işləyir.

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?
- Çıxış öncəsi mənim bütün fikirlərim öz çıxışıma cəmlənir. Düzünü desəm, ancaq qışqırıq səsləri eşidirəm. Çıxışdan sonra isə artıq, ayrı-ayrı sözləri ayırd edə bilirəm. “Azərbaycan, Azərbaycan” deyə alıqışlardan isə çox həyəcanlanıram.

- Onlara nə demək istərdin?
- Təşəkkür edirəm ki, varsınız.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.