10 fevral 2015 11:00

Azərbaycanda aerobika gimnastikası üzrə yarış yekunlaşıb

Dünən aerobika gimnastikası üzrə Bakı Çempionatı və birinciliyi keçirilib. Azerisport.az xəbər verir ki, ölkədə bu idman növü üzrə yarışın ilk dəfə keçirilməsinə baxmayaraq, Milli Gimnastika Arenasında anşlaq izlənilib.

Gimnastları dəstəkləməyə kiçikdən böyüyə hər kəs gəlmişdi. Yəqin, buna görə də zalda isti abu-hava hiss olunurdu. Qeyd etməyə dəyər ki, yarış yüksək səviyyədə keçdi və gimnastlar bu yarışa yaxşı hazırlaşmışdılar. İştirakçılar arasında Beynəlxalq Gimnastika Federasiyasından lisenziyası olmadıqlarına görə müsabiqədən kənar çıxış edənlər var idi.

Yarışların qızıl medalını Anastasiya Koltunova qazandı, Yekaterina Kotlyarova 2-ci yerin, Aleksandra Qorobçuk isə bürünc medalın sahibi oldu. Yeniyetmələr arasında ilk 3 yeri Fatimə Babayeva, Əminə Zamanova və Mələk Kərimova böldülər. Ən kiçik idmançılar arasında isə qaliblər Fəridə Ağayeva, Xədicə Quliyeva və Leyla Bejanova oldu.

1996-cı ildə Beynəlxalq Gimnastika Federasiyasının 70-ci konqresində “aerobika” həmin federasiyanın gimnastika idman növləri siyahısına  rəsmi olaraq daxil edilib və o gündən etibarən bütün dünyada təbliğ olunur.

Azərbaycanda bu idman növü öz inkişafına ötən ildən etibarən başlayıb və artıq bu il aerobika Açıq Azərbaycan Çempionatında və Avropa Oyunlarında təmsil olunacaq. Bu yarışlarda ölkəni 5 nəfərdən ibarət qrup və qarışıq cütlük təmsil edəcək.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.