26 yanvar 2015 11:30

Qrişunin: Avropa Oyunları - mənim üçün ən mühüm yarışdır

Fevral ayı artıq uzaqda deyil, bu arada isə Avropa Oyunları getdikcə daha da yaxınlaşır. Azerisport.az xəbər verir ki, tariximizdə ilk dəfə keçirilən bu möhtəşəm hadisə özündə 20 idman növünü birləşdirəcək. Onların arasında bədii gimnastika, aerobika gimnastikası, qadın və kişi idman gimnastikası, akrobatika və eləcə də batutda tullanma təqdim olunacaq.

Məhz batutda Azərbaycanı iki oğlan və iki qız idmançı təmsil edəcək. Oyunların proqramına əsasən onlar fərdi və sinxron olaraq çıxış edəcəklər.
 
Ənənəvi olaraq, Azərbaycan Gimnastika Federasiyası Oyunların mümkün iştirakçılarının biri İlya Qrişunin ilə həmsöhbət olmaq qərarına gəlib.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?
- Məni gimnastikaya anam gətirib, batutu mən xüsusi olaraq seçməmişdim. Daha sonra məni cəlb etdi və başa düşdüm ki, onsuz yaşaya bilmərəm.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?
- Əlbəttə, düşünürəm ki, bütün idman növlərində alınardı. Əgər insanın idmana bacarığı varsa, o zaman onun bütün idman növlərində üstünlükləri ola bilər. Misal üçün mənim, su üzərində tullanma, idman gimnastikası, boks, futbol və xokkey xoşuma gəlir.

- Fikrincə, hər hansı idman növündə vacib olan nədir?
- İstək və əzmlilik. Daha sonra rejim və müxtəlif aspektlərdən sadalaya biləcəyim digər məqamlar. Amma ən vacibi istəməkdir. Bir şeyi əldə etməyi istəməlisən və ən əsası konkret olaraq nə əldə etmək istədiyini bilməlisən.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?
- Son vaxtlar çox həyəcanlanmıram. Yəqin bütün qorxularımdan azad olmuşam, öz-özümə deyirəm ki, qorxmağa dəyməz, digərləri də bunu yaşayır. Bu kömək edir.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?
- Təhlükə bizi hər gün izləyir, lakin sən əgər bir dəfə zədə almısansa, artıq beyin avtomatik olaraq, zədə almamaq üçün necə düşmək lazım olduğunu analiz edir. Sən bunu dərk etməsən də, özünü qorumaq instinkti işə düşür.

- İdmanda kumirin varmı?
- Bəli, bu Ule-Eynar Borndalendir – norveçli biatlonçu. Məni çox təəccübləndirir ki, 40 yaşlı bir insan Olimpiya oyunlarını necə qazana bilər. Eyni zamanda onun 7 qat Olimpiya Çempionu olması həm heyrətləndirir, həm də həvəsləndirir.

- Yaxın gələcək üçün idman planlarından bir az danış.
- Planda medal qazanmaqdır. Ən azı Avropa Oyunlarında bürünc medal, həmçinin Dünya Komanda Çempionatında Olimpiya – 2016-ya lisenziya qazanmaq istəyərdim. Planlarım budur.

- Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?
- Bu mənim üçün tamamilə yeni yarışdır. Mən Avropa Oyunlarına çox ciddi hazırlaşıram, belə ki, bu mənim ən vacib yarışım olacaq. Xüsusən də, yarışlar burada-öz evimizdə keçiriləcək. Buna görə də, hazırlıq “200 dərəcə”  ciddi şəkildə gedir.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?
- Mənim musiqiyə həvəsim var. Klub musiqiləri bəstələyirəm, komputerdə miksləşdirirəm. Təəssüflər olsun ki, mən bununla tam məşğul ola bilmirəm, həm vaxta, həm də digər səbəblərə görə. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə işləyə bilərəm.

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?
- Bəzən nəsə etməyə həvəs olmur, gücüm çatmır. Bəzən vaxt olmur. Lakin, istək olandan sonra digər şeylərə də vaxt ayırmaq olar və bu vacibdir.

- Bir az da öz ailən haqda danış...
- Mənim həyat yoldaşım və yaş yarımlıq uşağım var. Çox yaxşıdılar, onları çox sevirəm. Əlavə 2 uşaq da istəyirəm (gülür).

- Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər və sən onlardan nə eşitmək istərdin?
- İstəyərdim ki, heç kəs səslənməsin. Çünki bizim idman növündə səs fikrimizi yayındırır (gülür). Əgər futbolda nəsə qışqırıb, demək olarsa, bizə superprofessional deyərlər. Mənim ABŞ-da Dünya Çempionatındakı ab-hava çox xoşuma gəldi, fonda sakit musiqi səslənirdi, azarkeşlər də sakit idilər. Bu musiqi bizə sakitləşməyə çox kömək edirdi.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.