13 yanvar 2015 18:00

Ataol: Gimnastika kökündən dəyişilib, daha çətin olub və əsl incəsənət növünə çevrilib

Milli Gimnastika Arenasının yeni – 2015-ci ildə ilk qonağı başda məşqçi Viktoriya Ataol olmaqla Kanada təmsilçiləri oldu. Azerisport.az xəbər verir ki, qonaqlar Monrealdan bura bədii gimanstika üzrə təlim-məqş toplanışalrında iştitak etmək məqsədilə gəliblər. Arenaya, paytaxtımıza və Qafqaz qonaqpərvərliyinə heyran qalan Viktoriya ilə federasiyanın mətbuat xidməti həmsöhbət olub.

- Viktoriya siz ilk dəfədir ki, Arenananı görürsünüz, təsssüratlarınız necədi?
- Demək istəyirəm ki, Milli Gimnastika Arenası möhtəşəmdir. Burada güclü gimnastların yetişməsi üçün, hər bir şəarit yaradılıb. Diqqətimi daha çox idmançılara lazımi tibbi yardım göstərən yüksək ixtisaslı tibbi personalınızın olması çəkdi. Xoreoqrafiya komandası isə sadəcə, mükəmməldir. Ümid edirəm ki, qızlar, eləcə də valideynləri bütün bunları dəyərləndirir.

- Bizim komandayla işləmək xoşunuza gəldi?
- Böyük məşqçi heyəti məni məmnun etdi, əsas özəlliyi ondadır ki, onlar bir-birlərinə yaxın, dost kimidirlər. Mən düşünürəm ki, bu işdə bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasilevanın böyük əməyi var. O, eyni zamanda həm mütəxəssis, həm də çox qonaqpərvərdir. Bu cür halı nadir vaxtlarda görmək olar. Əlbəttə ki, federasiya və məşqçi heyəti qarşılıqlı işləyirlər, federasiya kömək edir, əvəzində isə yaxşı nəticələr alır, bu isə bəyənilməyə bilməz.

- Bilirik ki, siz də əvvəllər gimnast olmusunuz. Bədii gimnastika dünyasında bu illər ərzində çox şeymi dəyişib?
- Mən 18 yaşım olanda idmanı tərk etdim. Bununla belə, 14 yaşımda gimnast kimi qızları məşq etdirirdim. O vaxtdan bu yana bədii gimnastika kökündən dəyişilib, o daha çətin olub və əsl incəsənət növünə çevrilib.

- Bizə özünüzlə gətirdiyiniz gimnastlar haqda danışın.
- Mənimlə bura 4 gimnast gəlib. Onlar hazırda “Elite Canada” seçmə turnirinə hazırlaşırlar. Qızlar çox heyrətləniblər, onlar bu cür qəbulu gözləmirdilər. Onlar Bakıdakı həmkarlarından çox sayda faydalı və yeni məlumatlar öyrəniblər.

- Sizin şəhərdə gəzmək imkanınız oldumu? Daha çox nələr xoşunuza gəldi?
- Bakıda sonuncu dəfə 30 il bundan öncə olmuşdum, təbii ki, xatirələr artıq yaddaşımdan silinmişdi. Amma bu gün şəhəri gördüm və çox heyrətləndim. Bakı gözəldir! Burada qarışıq üslubda qədim evləri və özündə tarixi əks etdirən tikililəri görmək mümkündür. Biz qədim şəhərdə gəzdik, məhşur Qız Qalasını gördük, Filarmoniya bağının gözəlliyindən zövq aldıq və hətta milli mətbəxinizdən də daddıq.  Daha çox nəyi bəyəndik? İnsanları. Bu, heç nəylə müqayisə olunmayan və mənim çox darıxdığım qafqaz qonaqpərvərliyidir.

- Yaxın gələcək üçün planlarınız nədir?
- Çox istəyirəm yayda Bakıya gəlim!

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.