28 sentyabr 2014 23:43

Bədii gimnastika üzrə Zirvə Kuboku keçirildi

Sentyabrın 28-də “AAAF Park Yaşayış Kompleksi”nin yarış zalında “Bədii gimnastika üzrə Zirvə Kuboku” keçirildi. 50-yə yaxın yeniyetmə qızımızın iştirak etdiyi turnir çox maraqlı alındı. Azerisport.az xəbər verir ki, kubokda “Zirvə” Beynəlxalq İdman Klubu, Sumqayıt Gimnastika Məktəbi və RKİM (Respublika Kompleks İdman Məktəbi) idmançıları medallar uğrunda mübarizə apardılar.

Klubun baş məşqçisi Nigar Mirzəyeva ilə yanaşı, münsiflər heyətində məşqçi İrina Əbdürrəhmanova, xoreoqrafı Rəna Əminova, həmçinin Sumqayıtdan Svetlana Babayeva və RKİM-dən Səbina Cəlilova yer almışdılar.

Yüksək səviyyəli təşkilatçılıqla müşayiət olunan Kuboku klubun baş katibi Azad Mustafayev açıq elan etdi. O, nitq söyləyərək bu cür yarışların Azərbaycan idmanının gələcəyi üçün əhəmiyyət daşıdığını, buradan Olimpiya medalçısı və çempionlarının yetişməsini arzuladığını dilə gətirdi. Sonra Kubok start götürdü.

Əvvəlcə, kiçik yaşlı qızlar nümunəvi çıxışlar etdilər. Daha sonra yarışım rəsmi hissəsi başladı. İlk öncə, ən aşağı yaşda olan yenilər, bir qədər sonra isə peşəkarlar mübarizəyə qoşuldular. Bütün qruplarda medalçılar sırasında olan “Zirvəçilər” yarışların mütləq qalibi oldular.

Nəticələrlə aşağıda tanış ola bilərsiniz:

Yenilər

1-ci qrup (2009-cu illər)

Yer İdmançı İl Klub
1. İbişova Nəzrin 2009 Zirvə
2. Quliyeva Nuray 2009 Zirvə
3. Novruzova Məryəm 2009 Zirvə

2-ci qrup (2008-cu illər)

Yer İdmançı İl Klub
1. Əmiraslanova Fidan 2008 Zirvə
2. Musayeva Münəvvər 2008 Zirvə
3. Cəfərova Zəhra 2008 Zirvə

3-cü qrup (2007-ci illər)

Yer İdmançı İl Klub
1. Şıxəliyeva Türkan 2007 Zirvə
2. Əlizadə Duyqu 2007 Zirvə
3. Hacızadə Nəzrin 2007 Zirvə

4-cü qrup (2005-06-cı illər)

Yer İdmançı İl Klub
1. Zeynalova İlona 2006 Zirvə
2. Abışova Günay 2005 Zirvə

Əsas heyət

1-cü qrup (1999-2003-cü illər)

Yer İdmançı İl Klub
1. Seyidova Leyla 1999 Zirvə
2. Kərimova Mələk 2002 Zirvə
3. Babayeva Aydan 2000 Zirvə

2-ci qrup (2004-cü illər)

Yer İdmançı İl Klub
1. Mahmudova Emiliya 2004 RKİM
2. Nəbiyeva Aydan 2004 RKİM
3. Süleymanova Aytac 2004 Zirvə

3-cü qrup (2005-ci illər)

Yer İdmançı İl Klub
1. Bayramova Nərmin 2005 RKİM
2. Musayeva Xədicə 2005 RKİM
3. Əlizadə Səidə 2005 Zirvə

4-cü qrup (2006-cı illər)

Yer İdmançı İl Klub
1. Əlizadə Ayşən 2006 Zirvə
2. Kərimova Zərifə 2006 Zirvə
3. Səmədli Fatimə 2006 Zirvə
3. Ocaqlı Aytac 2006 Zirvə

5-ci qrup (2007-ci illər)

Yer İdmançı İl Klub
1. Süleymanlı Səriyyə 2007 Zirvə
2. Bağırova Xalidə 2007 Sumqayıt
3. Əliyeva Nəzrin 2007 Sumqayıt
3. Ələkbərova Asiya 2077 Sumqayıt

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.