11 may 2014 11:00

II Zirvə Oyunları gimnastika yarışları ilə başlayıb

Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş Yeniyetmələrin “II Zirvə Oyunları” start götürüb. Azerisport.az xəbər verir ki, ilk olaraq yarışları gimnastlarımız qoşulublar.
“AAAF PARK” Yaşayış Kompleksinin Gimnastika Zalında açıq turnir keçirilib.
Gimnastika üzrə yarışlarımıza “Zirvə” İdman Klubunun direktoru Azad Mustafayev giriş sözü ilə başlayıb. O, “Zirvə Oyunları”nın artıq ikinci dəfə keçirildiyini və ənəvəi hal aldığını söyləyərək, bundan məmnunluğunu dilə gətirdi. Klubuzumun prezidenti Tofiq Heydərovun təbriklərinə çatdıran Mustafayev, yarışçılara uğurlar arzuladı.
Klubumuzun vitse-prezidenti və baş məşqçisi olan Hafiz Süleymanov bütün iştirakçıları salamlayaraq onların hər birinə müvəffəqiyyətlər dilədi. İdmançılarımızın səsinin Avropa və dünya çempionatlarından gəlməsini istəyən məşqçimiz, yarışların açıq elan etdi.
Yarışlarda qonaq qismində “Baku Fleyms” İdman Klubundan Mantova Aliyə və Xalıqverdiyeva Sevinc, Respublika Kompleks İdman Məktəbindən Cəlilova Səbinə, həmçinin Əbdürrəhmanova İrina iştirak edirdilər.
Əvvəlcə, “Zirvə” Uşaq Bağçasının üzvləri nümunəvi çıxışlar etdilər. Sonra yarışlara keçildi. 50-dən çox idmançının qatıldığı “II Zirvə Oyunları” tribunalara toplaşan valideyn və qonaqları çox sevindirdi. Qızlarımız alətsiz və bir sıra alətlərlə gözəl hərəkətlər, müxtəlif musiqi nömrələri, rəqslər, çıxışlar edərək alqışlara səbəb oldular.
Gimnastika üzrə “Zirvə” komandasının baş məşqçisi Nigar Mirzəyevanın rəhbərlik etdiyi Oyunlarda gimnastlar 6 yaş qrupu üzrə çıxış etdilər. Bəzi qruplarda mübarizə o qədər gərgin və maraqlı alındı ki, bir yox, iki qızıl, gümüş və ya bürünc medal təqdim edilməli oldu.
Hər yaş qrupunda qaliblər müəyyən ediləndən sonra hər birinə qiymətli hədiyyələr, gül, medal, kubok və fəxri diplomlar təqdim edildi. Yer tutmayan uşaqlar da diqqətdən kənarda qalmadılar. “Zirvə” İdman Klubu rəhbərliyi tərəfindən yarışda iştirak etmiş hər bir uşağa qiymətli hədiyyələr verildi.
Yaşanan bütün gözəl anlardan sonra hamı bir yerdə xatirə şəkli çəkildi.
Qalib və mükafatçıların siyahısını sizə təqdim edirik:
2008-ci illər
1. Teymurlu Rahilə
2. Rəcəbli Aişə
3. Rəcəbli Səbinə
2007-ci illər
1. Bağırova Xədicə
2. Süleymanlı Səriyyə
2. Abdulova Mehriban
3. Əliyeva Nəzrin
2006-cı illər
1. Əmiraslanova Siyasət
2. Bayramlı Cənnət
3. Yusubova Kamilə
2005-ci illər
1. Musayvea Xədicə
2. Əlizadə Səidə
3. Salmanzadə Səltənət
2004-2003-cü illər
1. Mahmudoav Emilya
1. Cəlilova Məryəm
2. Əliyeva Leyla
2. Nəbiyeva Aydan
3. Süleymanlı Aytac
3. Bakıxanova Zəhra
1999-2002-ci illər
1. Babayeva Fatimə
2. Qocayeva Leyla
3. Kərimova Mələk
(Zirvə İK rəsmi saytı)

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.