27 dekabr 2013 12:33

Azərbaycan gimnastikasının qızıl ili

Geridə qalmaqda olan 2013-cü ildə gimnastika üzrə bütün Azərbaycan yığmalarının üzvləri 85 müxtəlif əyarlı medallar qazanıblar ki, bunlardan 32-i qızıl, 26-ı gümüş, 27-i isə bürünc medaldır.
 
Azerisport.az milli gimnastika federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir ki, əsas titul qismində gənc komandanın gümüş mükafatı xüsusi ilə diqqətçəkəndir. Vyanada keçirilmiş AÇ-nin finalında Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emilya Bagiyeva və Aynur Mustafayeva ikinci yer tutublar.
 
Marina Durunda isə fərdi hesabda qazanılmış mükafatların sayına görə liderdir. Gimnastımızın hesabında 4-ü qızıl olmaqla, 14 medal var. Aliyə Qarayevanın idmandan gedişi ilə müşayiət olunan nəsildəyişmə prosesi uğurla həyata keçdi və Durunda, həmçinin, komanda yoldaşı Lalə Yusifova DÇ və AÇ-nin finalında effektli çıxışları ilə yadda qaldılar.
 
Gimnastikanın digər növlərində gənc gimnastlar Kamran Hacıyev, Anton Yaşin, akrobatlar cütlüyü - Aynur Hüseynova və Nərmin Ramazanova, Lalə Hüseynova və Xoşqədəm Quliyeva, Elçin Əlibəyov və Emin Gülməmmədli, həmçinin, akrobatik cığırında hoppanma mütəxəssisi Mixail Malkin sabit olaraq müxtəlif yarışların qalib və mükafatçıları olublar.
 
AGF daha iki olimpiya növünü inkişaf etdirməyə təkan verib - qadın bədii gimnastikası və batut. Bu növdə ilk medallar qazanılıb. Anna Pavlova isə “qızıl”a yiyələnib.
 
Bu əsnada, Milli gimnastika arenasının inşası başa çatır. Arena 2014-cü ildə bədii gimnastika üzrə AÇ-ni, həmçinin, Avropa oyunları-2015-i qəbul edəcək.
 
Beynəlxalq aləmə gəlincə, Bakını Avropa gimnastika ittifaqının (UEG) və Beynəlxalq gimnastika federasiyasının (FIG) rəhbərliyi ziyarət edib.  Paytaxtımızda məşqçilər üçün FIG Akademiyasının 1-ci səviyyəli seminar kursu keçirilib. Həmçinin, 2-ci səviyyəli seminar kursunun 2014-cü il yanvarın 11-18-i aralığında keçiriləsi nəzərdə tutulub. Azərbaycan 2019-cu ildə keçiriləcək bədii gimnastika üzrə DÇ-yə ev sahibliyi etmək hüququnu qazanıb. Qadın cütlüyünün tərkibində AÇ-2009-un çempionu  Ayla Əhmədova FIG atletlər komissiyasının prezidenti seçilib. AGF təmsilçisi Mehman Əliyev FIG intizam komitəsinə üzv qəbul edilib. AGF baş katibi Fərid Qayıbov isə UEG-nin vitse-prezidenti seçilib.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.