11 sentyabr 2013 15:41

Azərbaycan idmançıları Rusiyada gümüş və bürünc medal qazandılar

Azərbaycanlı akrobatlar Rusiyanın Böyük Novqorod şəhərində keçirilən "Volkov kuboku" beynəlxalq yarışında ikinci və üçüncü yerləri tutublar. Azerisport.az xəbər verir ki, Lalə Hüseynova və Xoşqədəm Quliyevadan ibarət qadın cütlüyü gümüş mükafat qazanıb.
 
İlk iki tapşırığın (balans və temp) yerinə yetirilməsindən sonra azərbaycanlı duet inamlı şəkildə seçmə mərhələnin sıralamasında ilk üçlükdə qərarlaşıb. Finalda isə Lalə və Xoşqədəm yalnız meydan sahiblərinə uduzaraq ikinci olublar.
 
Elçin Əlibəyov və Emin Gülməmmədlidən ibarət kişi dueti yarışlarda üçüncü nəticə göstərib.
 İstənilən halda Rusiyadakı yarışa məşqçilər qərargahı tərəfindən Avropa çempionatı ərəfəsində və oktyabr ayında Portuqaliyada baş tutacaq böyüklər arasında qitələrarası yarışa yoxlama kimi baxılıb.
 
Pireney yarımadasında isə, Azərbaycanın debut etdiyi gimnastikanın batut növündə yarışlar keçirilib. İlk dəfə beynəlxalq arenaya çıxan Ruslan Ağamirov heç də bütün elementlərin öhdəsindən uğurla gələ bilməyib. Burada daxili gərginlik və təcrübənin olmaması özünü göstərib. Gimnastımızın Dünya kubokunda 42-ci yeri tutması onun daha çox elementlər üzərində işləməsini şərtləndirir. Çünki Dünya kubokunun növbəti mərhələsi yaxın vaxtlarda keçiriləcək. Bu həftənin sonunda İspaniya gimnastların növbəti turnirini qəbul edəcək.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.