18 iyun 2013 16:39

Millimizin üzvləri Qazaxıstanda qızıl və gümüş medallar qazandılar

Azərbaycanın yeniyetmə gimnastı Jalə Piriyeva Şimkentdə keçirilmiş Qazaxıstanın tanınmış idmançısı Aliyə Yusupovanın mükafatları uğrunda beynəlxalq turnirin mütləq qalibi olub. Azerisport.az xəbər verir ki, 13 yaşlı Bakı gimnastının digər ölkələrdən olan həmyaşıdları üzərində qələbəsi artıq proqramın ilk növlərinin icrasından sonra aydın olub.
 
Piriyevanın komanda yoldaşı Züleyxa İsmayılova mübarizəni daha da gərginləşdirməyə çalışıb, lakin yalnız "Qələbəyə doğru iradəyə görə" mükafatı ilə kifayətlənib.
 
1999-cu il təvəllüdlü Veronika Ömərova Azərbaycan bayrağını ikinci dəfə ən yüksəyə qaldırmağa yaxın olub. Lakin rusiyalı Yuliya Bravikovanı qabaqlamaq üçün ona bir neçə bal kifayət etməyib. Yekunda 14 yaşlı idmançı gümüş medal qazanıb.
 
Qazaxıstan paytaxtında daha bir beynəlxalq turnir "Bakı"nın dörd yeniyetmə idmançısının iştirakı ilə baş tutub. Kluba yeganə mükafatı Rəhimə Aslanlı (2005-ci il təvəllüdlü) qazandırıb. Aslanlı ikinci yeri rusiyalı gimnastla bölüşüb. Cəmilə İbrahimovanı (2006) fəxri kürsüdən bir addım ayırıb, Nərminə Səmədova (2004) beşinci, Günel Manaflı (2002) isə onuncu olub.
 
İyun ayının 24-25-də isə bədii gimnastika üzrə 20-ci ölkə birinciliyinin keçirilməsi planlaşdırılıb.
 
Yarışlarda 133 (!) fərdi gimnast iştirak edəcək, onlar 6 yaş kateqoriyasına və 7 qrup komandasına bölünəcək. Bunlar senior və yuniorlar, həmçinin 2001-2002, 2003, 2004 və 2005-ci il təvəllüdlü iştirakçılardır.
 
İdmançılar yalnız mütləq çöxnövçülükdə medallar uğrunda mübarizə aparacaqlar. "Neftçi" və Bakı Gimnastika Məktəbi, Respublika İdman Məktəbi Kompleksi, "Spartak" klubu, "Sərhədçi" İdman Cəmiyyəti, "Bakı" və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin gimnastlarından başqa, Xırdalan, Qusar, Gəncə və Sumqayıt idmançıları da yarışacaqlar, İsmayıllı gimnastları isə yalnız Qala-konsertdə məharətlərini göstərəcəklər. Qala-konsert Avropa çempionu, dünya vitse-çempionu, Olimpiya Oyunlarının ikiqat iştirakçısı və Azərbaycanın 5 qat mütləq çempionu Aliyə Qarayevanın böyük idmanla vidalaşmasına həsr ediləcək.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.