3 iyun 2013 16:47

Avropa Gimnastika İttifaqının bayrağı Azərbaycana təhvil verildi

Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Vyanada keçirilən Avropa çempionatının bağlanma mərasimində Azərbaycan nümayəndə heyətinə təhvil verilib. Azerisport.az xəbər verir ki, 2014-cü il Avropa çempionatının (AÇ) Bakıda keçiriləcəyənin rəmzi olaraq bayraq Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova təqdim edilib.
 
Gələn il AÇ iyunun 13-15-də Bakıda baş tutacaq. AÇ hazırda tikilməkdə olan Olimpiya Gimnastika Kompleksində keçiriləcək. Kompleks yarışların başlamasınadək tam hazır olacaq.
 
Çempionatda 240 gimnast və 80 rəsmi şəxsin iştirakı gözlənilir. Bu, Bakıda bədii gimnastika üzrə keçiriləcək sayca III AÇ-dir.
 
Xatırladaq ki, bədii gimnastika üzrə Azərbaycan yığması Vyanada keçirilmiş AÇ-ni gümüş medal qazanmaqla başa çatdırıb.
 
Gimnastlarımızın yeniyetmələrdən ibarət komandası finalda öz tapşırığını ən yüksək səviyyədə icra edib. Belə ki, idmançılarımız hakimlərdən olduqca yüksək bal - 16.55 bal alıblar.
 
Bu nəticə Azərbaycan gimnastlarına gümüş medallar qazanmalarına imkan yaradıb.
 
Bundan əlavə, gimnastlarımız fərdi yarışlarda AÇ-2013-ün bütün 4 finalında iştirak ediblər. Ən yaxşı nəticəni isə (beşinci yer) Marina Durunda göstərib.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.