4 iyun 2013 01:32

“Azərbaycan gimnastları AÇ-də məqsədlərinə çatdılar”

“Azərbaycan gimnastları Vyanada keçirilən bədii gimnastika üzrə 29-cu Avropa çempionatında məqsədlərinə çatdılar”. Azerisport.az xəbər verir ki, bunu bazar ertəsi yarışdan qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib:
 
"Biz bu çempionata hazırlaşanda müəyyən məqsədlərimiz, vəzifələrimiz var idi və indi artıq deyə bilərəm ki, biz bu məqsədlərimizə çatdıq. Qızlarımız gümüş medalları qazandılar".
 
Altay Həsənovun sözlərinə görə, Avropa çempionatında böyük rəqabət, çətinlik var idi: "Rusiya yığmasından sonra Azərbaycan gimnastları ikinci oldu. Bu, böyük nailiyyətdir. Bədii gimnastikanı başa düşən adamlar bilir ki, Azərbaycan gimnastları necə yüksək səviyyəyə qalxıblar".
 
Gimnastlar Marina Durunda və Lalə Yusifovanın çıxışlarına gəlincə, vitse-prezident bildirib ki, bu qızlar yeniyetmə idilər, artıq bu ildən böyük formatlı çıxışlara keçiblər: "Çünki Olimpiya dövrəsindən sonra Aliyə Qarayeva artıq idmanı tərk edib, çıxış etmir və bu qızlar onun yerini tutublar. Biz qitədə dördüncü yerdə idik, dördüncü yerdə də qaldıq. Yəni biz öz mövqeyimizi itirmədik, daha da möhkəmləndirdik. Bu da böyük nailiyyətdir, ona görə də başda Gimnastika Federasiyanın rəhbəri Mehriban Əliyeva olmaqla, bütün sıravi işçiləri təbrik edirəm. Hər kəsin əməyi böyükdür. Bütün idman həvəskarlarını təbrik edirəm".
 
Gələn il Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı sualı cavablandırarkən Altay Həsənov bildirib ki, Azərbaycanın artıq bu sahədə təcrübəsi var: "Ümumiyyətlə, Azərbaycan həm beynəlxalq turnirlərin təşkilində, həm mədəniyyət sahəsində, həm də idman sahəsində çox böyük təcrübə toplayıb. Buna görə də Avropa Gimnastika İttifaqının rəhbərliyi deyir ki, Azərbaycanda yarış yaxşı, uğurlu keçəcək, çünki bilirlər ki, biz bunu bacarırıq. Bakıda artıq Təşkilat Komitəsi yaradılıb və ilk iclasımız da keçirilib. Biz hazırlaşırıq ki, Avropa çempionatını yüksək səviyyədə keçirək və gələn il Bakıda nailiyyətlərimiz də olsun". (Trend)

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.