4 iyun 2013 01:19

Yığmamızın baş məşqçisi: Çox xoşbəxtəm

“Artıq ardıcıl 5-ci Avropa çempionatıdır ki, gimnastlarımız bizi sevindirir”. Azerisport.az xəbər verir ki, bunu bazar ertəsi Avropa Çempionatından qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva bildirib.
 
Baş məşqçinin sözlərinə görə, bu Avropa çempionatı Azərbaycan gimnastları üçün daha uğurlu keçdi, çünki nəticələrimiz ötənilki çempionatdan daha yaxşı oldu: "Bizim yunior yığmamız ötən dəfə bürünc medal qazanmışdı, indi isə gümüşə layiq görüldü".
 
Baş məşqçi qeyd edib ki, komandada iki çox gənc, təcrübəsiz gimnast qız var - Lalə Yusifova və Marina Durunda, lakin onlar ötən çempionatda Aliyə Qarayeva və Anna Qurbanovanın qazandığı komanda hesabındakı dördüncü yeri təkrarladılar: "Lakin bu dəfə bizim böyük sevincimiz var, çünki artıq gələn il Bakıda keçiriləcək Avropa çempionatına iki kvota əldə etmişik. Ötən dəfə isə yalnız Aliyə Qarayeva çıxış edirdi. Mən çox xoşbəxtəm və bütün əməyi keçən şəxslərə minnətdarlığımı bildirirəm".

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.