4 iyun 2013 00:47

AÇ-də gümüş medal qazanan yığmamızın üzvləri böyük coşqu ilə qarşılandılar

Avropa çempionatında böyük zəfərə imza atan gimnastlarımız vətənə dönüblər. Azerisport.az xəbər verir ki, yığmamızın üzvləri Heydər Əliyev Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıblar.
 
Qeyd edək ki, bədii gimnastika üzrə Azərbaycan yığması Vyanada keçirilən Avropa çempionatında gümüş medal qazanıb. Bütün diqqətlər finalda 5 halqa ilə çıxış edən Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və Aynur Mustafayevadan ibarət qurp tapşırıqları üzrə yunior komandasına yönəlib. Təmsilçilərimiz möhtəşəm nömrə göstərərək, hakimlərdən yüksək qiymət - 16.550 bal alıblar. Bu nəticə kollektivin gümüş medal qazanmasına imkan verib.
 
Fərdi tapşırıqlarda isə gimnastlarımız 4 finalda çıxış ediblər. Əvvəlcə Marina Durunda halqa ilə tapşırığı yerinə yetirərək, hakimlərdən 17.650 bal alıb və 5-ci olub. Sonra Marina topla hərəkətlərdə 17.700 bal qazanıb. Bu göstərici ilə təmsilçimiz 5-ci yeri tutub.
 
Lalə Yusifova isə gürzlərlə bəxtini sınayıb. İdmançımız gözəl nömrə göstərərək hakimlərdən 17.350 bal alıb və 7-ci olub. Çempionatı isə finalda lentlə çıxış edən M.Durunda başa vurub. O, bu hərəkətinə görə 17.766 bal alaraq 5-ci olub.
 
Finalda qalib gələn idmançılar isə rusiyalı gimnastlar - Darya Svatkovskaya (halqa), Yana Kudrvayvtseva (top, gürz) və Marqarita Mamun (lent) olub.
 
Xatırladaq ki, Avropa Gimnastika İttifaqının (UEG) bayrağı Vyanada keçirilən Avropa çempionatının bağlanış mərasimində Azərbaycan nümayəndə heyətinə təhvil verilib.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.