15 aprel 2013 18:43

Azərbaycan gimnastları Riqada beynəlxalq turnirdə yeddi medal qazanıblar

Azərbaycan gimnastları Riqada "Baltik halqası" beynəlxalq turnirində dördü qızıl olmaqla yeddi medal qazanıblar. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər.
 
"İki dəfə birinci yeri tutan Marina Durunda xüsusi tərifə layiqdir. Belə ki, o, əvvəlcə çoxnövçülükdə mükəmməl proqram nümayiş etdirib, turnirin ikinci günündə isə çempion kimi lentlə tapşırığı uğurla yerinə yetirib".
 
Bununla belə, Azərbaycan gimnastı medal qazanmaqda davam edib. O, finalda gürzlə hərəkətlərdə gümüş medala, halqa və topla tapşırıqlarda isə bürünc medala sahib çıxıb.
 
Onun komanda həmkarı Lalə Yusifova yalnız bir dəfə fəxri kürsüyə yüksəlib. O, topla tapşırıqda birinci olub.
 
Vyanada keçiriləcək Avropa çempionatına hazırlaşan yeniyetmə gimnastlardan ibarət qrup komandası turnirdən turnirə nəticəsini yüksəldir. Bir həftə əvvəl gimnastlarımız Lissabonda üçüncü olduğu halda, hazırda Nilüfər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Emiliya Bağıyeva və Aynur Mustafayeva birinci olublar.
 
Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, gimnastlarımız medallardan başqa, müxtəlif nominasiyalarda qalib adını qazanıblar. Yusifova iki nominasiyada qalib elan edilib. Belə ki, o, Riqa rəssamları və turnirin sponsorunun (oyuncaqlar mağazası) "Miss simpatiya" mükafatını əldə edib. Durunda isə çıxışı ilə tamaşaçılarda oyatdığı böyük təəssürata görə Riqa rəssamlarından mükafat alıb.
 
Bu həftə Lalə və Marina Buxarestə yola düşəcəklər, onlar Dünya Kubokunda çıxış edəcəklər. Veronika Ömərova isə beynəlxalq turnirdə mübarizə aparacaq.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.