8 aprel 2013 15:39

Azərbaycan təmsilçiləri Dünya Kubokunda üçüncü oldular

Azərbaycanın yeniyetmə gimnastlardan ibarət qrup komandası Lissabonda keçirilən Dünya kubokunun növbəti mərhələsi çərçivəsində beynəlxalq turnirdə bürünc medallar qazanıb. Azerisport.az xəbər verir ki, Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Emiliya Bağıyeva və Aynur Mustafayeva 29,15 bal nəticə ilə finalda beş halqa ilə hərəkətlərdə Rusiya və Belarusdan sonra üçüncü yeri tutublar.
 
Mayın sonunda Vyanada keçiriləcək Avropa birinciliyinə hazırlaşan gimnastlarımız təsnifatda demək olar ki, mütləq nəticə göstəriblər.
 
"Məni, həmçinin fərdi gimnastlardan təşkil olunmuş yeniyetmələrdən ibarət digər komanda sevindirdi. Jalə Piriyeva və Züleyxa İsmayılova (hər ikisi 2000-ci il təvəllüdlü), həmçinin Veronika Ömərova (1999-cu il təvəllüdlü) üçüncü pilləni tutan amerikalı idmançılardan geri qalaraq 19 komanda arasında dördüncü olublar. Hesab edirəm ki, onlar əla çıxış etdilər və rəqibləri arasında ən gənc olmalarına baxmayaraq, mükafatlar uğrunda bərabər səviyyədə mübarizə aparıblar" , - milli komandanın baş məşqçisi Mariana Vasilyeva deyib.
 
Dünya kuboku yarışlarında iştirak etmiş yaşca böyük idmançılar da dörd finalla yadda qalıblar. Belə ki, Lalə Yusifova topla tapşırıqda beşinci olub. Məşqçinin sözlərinə görə, Lalə bu tapşırığı elə yerinə yetirib ki, auditoriya onu ayaqüstə alqışlayıb. Lalə finalda gürz ilə hərəkətlərdə altıncı, çoxnövçülükdə isə səkkizinci olub.
 
Digər iştirakçımız Marina Durunda da finalda halqa ilə tapşırıqda yarışıb və beşinci yerlə kifayətlənib. Hər iki halda da qələbəni rusiyalı Marqarita Mamun qazanıb.
 
Azərbaycanın qrup komandasına gəlincə, Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, İradə Əhədzadə, Səbinə Qaratova və Mənsurə Bağıyeva 3 top və 2 lentlə hərəkətlərdə finala çıxıblar və finalda 8-ci yer tutublar. Onlar ikinövçülüyün cəmində doqquzuncu olublar. Bu həftənin sonunda gimnastlarımızı aprelin 13-14-də Riqada keçiriləcək beynəlxalq turnir gözləyir. Turnirdə 2013-cü il Avropa çempionatının gələcək iştirakçıları Lalə Yusifova, Marina Durunda və yeniyetmələrdən ibarət qrup mübarizə aparacaq.
 
Eyni zamanda, Azərbaycanın qadın akrobat dueti -Aynur Hüseynova və Nərmin Ramazanova Belçikada keçirilmiş "Flanders Acro Cup" beynəlxalq turnirinin gümüş mükafatçıları olublar.
 
Daha bir gümüş medalı Bakıya kişi akrobat dueti - Elçin Əlibəyov və Emin Gülməmmədli gətirib.
 
Nəhayət, ikinci qadın cütlüyü - Lalə Hüseynova və Xoşqədəm Quliyeva öz yaş qruplarında finala çıxaraq dördüncü yerlə kifayətləniblər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.