1 aprel 2013 16:07

Azərbaycan gimnastları Qran-prinin növbəti mərhələsinin üç finalının iştirakçısı oldular

Azərbaycan gimnastları Qran-prinin növbəti mərhələsinin və bu yarışlar çərçivəsində Fransanın Tye şəhərciyində keçirilmiş beynəlxalq turnirin üç finalının iştirakçısı olublar. Azerisport.az xəbər verir ki, finala ilk vəsiqəni təsnifatda lentlə hərəkətlərdə beşinci və çoxnövçülükdə doqquzuncu nəticə göstərən Marina Durunda qazanıb.
 
O, finalda bu əşya ilə bir gün əvvəl topladığı qədər (17.0) bal toplayıb, lakin qarşıdakı Avropa çempionatına ev sahibliyi edəcək Avstriya idmançısından geri qalaraq altıncı olub. Mükafatçılar isə rusiyalı Marqarita Mamun, bolqar Silviya Miteva və belaruslu Melitina Stanyuta olublar. İkinci azərbaycanlı iştirakçısı Lalə Yusifova 23-cü yerlə kifayətlənib.
 
Tanınmış gimnastların diqqəti 2013-cü il mayın sonunda keçiriləcək Avropa çempionatına yönəldiyi halda, böyük qrup komandaları üçün ciddi sınaq avqustda Ukraynada keçiriləcək Dünya çempionatı ilə başlayacaq. Tərkibində Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, İradə Əhədzadə, Səbinə Qaratova və Mənsurə Bağıyevanın olduğu milli komanda beynəlxalq turnirin hər iki final mərhələsinə çıxıb, kollektiv burada üç halqa və iki lent hərəkətləri ilə daha yaxşı çıxış edərək altıncı olub. Beş cüt gürzlə kompozisiyaya görə gimnastlarımız yekun nəticə əldə ediblər. Fərdi yarışmada olduğu kimi, burada da rusiyalı gimnastlar qələbə qazanıblar. Çin idmançıları ikinci, ispanlar isə üçüncü olublar.
 
Gimnastlar üçün növbəti yarış məkanı Pireney yarımadası olacaq. Aprelin 4-7-də Lissabonda Dünya kubokunun mərhələsi və beynəlxalq turnir keçiriləcək. Yarışda ölkənin yaşca böyük və gənc idmançıları iştirak edəcəklər.
 
Bununla yanaşı, Kiyevdə idman gimnastikası üzrə Stella Zaxarova Beynəlxalq kuboku baş tutub. Yarışda üç azərbaycanlı gimnast iştirak edib. Burada ən yaxşı nəticəni Uğur Xəlilbəyli göstərib. O, sərbəst hərəkətlərdə onuncu yerə çıxıb.
 
Aprelin 7-21-də isə Moskvada Avropa çempionatı keçiriləcək. Buna görə də idmançıların əksəriyyəti bu yarışları mövsümün əsas startından öncə repetisiya qismində nəzərdən keçirir.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.