27 mart 2013 12:11

Azərbaycan təmsilçiləri vətənə 5 qızıl medalla qayıtdılar

Azərbaycanlı gənc gimnastlar Polşanın Qdansk şəhərində keçirilən "Baltika Kuboku" beynəlxalq turnirində 5 mümkün mükafatdan 5 qızıl mükafat qazanıblar. Azerisport.az xəbər verir ki, 5 qızıl medaldan 3-nü 13 yaşlı bakılı idmançı Züleyxa İsmayılova qazanıb.
 
O, əvvəlcə özünü gürz və lentlə olan hərkətlərdə yaxşı göstərib və çoxnövlülük üzrə qalib olub. Fərdi çıxışlarla yanaşı ölkənin gənc gimnastlarından təşkil olunan komanda da çıxış edib. Komandanın əsas məqsədi 31 may - 2 iyun tarixlərində Avstriyada keçiriləcək Avropa turnirinə hazırlıqdır. Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümbətova, Aynur Mustafayeva və Emiliya Bağıyevaya Polşa arenasında çıxış üçün 2,5 dəqiqə ayrılıb və onlar həm çoxnövlülükdə, həm də finalda ilk pilləni qazanıblar.
 
Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, hər bir turnirlə qızların özlərinə inamı artır və onların çıxışlarında inkişaf müşahidə olunur. "Hesab edirəm ki, həftəsonu Tyedəki Qran-Pridə və aprelin əvvəlində Lissabonda keçiriləcək dünya kubokunda da tamaşaçılar onları səmimi qəbul edəcəklər".
 
Bununla yanaşı, Almaniyanın Kottbus şəhərində idman gimnastikası üzrə beynəlxalq çağırış kuboku keçirilib. Yarışda azərbaycanlı idmançılardan təşkil olunan dördlük də iştirak edib.
 
Eldar Səfərov və Uğur Xəlilbəylinin 46 iştirakçı arasında ən yaxşı göstəriciləri, müvafiq olaraq, tirlərdə hərəkətlər üzrə 26-cı və sərbəst tapşırıq üzrə 27-ci olub. Şakir Şixəliev köndələn tirdə 28-ci, Ruslan Namazov isə üzüklərdə 38-ci nəticəni göstərib.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.