11 mart 2013 16:35

Azərbaycan təmsilçiləri İsraildə keçirilmiş turnirdə iki gümüş və üç bürünc medal qazanıblar

Azərbaycanın gənc gimnastı Jalə Piriyeva Qran-pri mərhələləri çərçivəsində beynəlxalq turnirlərdə uğurlu çıxışını davam etdirir. Azerisport.az xəbər verir ki, İsrailin Holon şəhərində keçirilmiş yarışlarda Bakının 13 yaşlı gimnastı 4 medal əldə edib. Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər.
 
O,üç dəfə fəxri kürsünün üçüncü pilləsinə (çoxnövçülük, gürz və lentlə hərkətlərdə) qalxıb, turnirin başa çatması ərəfəsində isə topla tapşırıqda qalib gələrək gümüş medala sahib çıxıb.
 
Ayşə Mustafayeva da yüksək əhval-ruhiyyə ilə Bakıya qayıdır. O,yaşca daha böyük gimnastlar arasında keçirilmiş yarışda ikinci yerlə kifayətlənib.
 
Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva hesab edir ki, Lalə Yusifova Qran-pri turnirində çox yaxşı çıxıb edib.
 
"Onun məqsədi finalçılar sırasına daxil olmaq idi və o, bu işin öhdəsindən əla gəldi. 17 yaşlı idmançını artıq mütəxəssislərin əksəriyyəti qiymətləndirə bilib və onun 4 mümkün finaldan 3-nə çıxması çox şeydən xəbər verir. Lalənin dördüncü olduğu topla tapşırığı məni çox sevindirdi və çox ümidləndirir. Onun 0,0166 balı çatmadı, bəlkə də bir az özünə inamı. Axı, o, Olimpiya oyunlarının iştirakçıları ilə birlikdə çıxış edirdi. Lakin Yusifova hər dəfə çıxışını təkmilləşdirir. Finalda gürzlə hərəkətlərdə o, 6-cı, çoxnövçülükdə 7-ci, lentlə tapşırıqda isə 8-ci nəticə göstərib. Deyə bilərəm ki, yeni proqram hamının xoşuna gəldi" , - Vasilyeva qeyd edib.
 
O bildirib ki, Vyanada keçiriləcək Avropa çempionatına üç aydan da az vaxt qalıb.
 
"Martın 15-17-Də Polşada keçiriləcək "Baltic Cup" beynəlxalq turnirində mövqeləri qorumağa və nəticələri yaxşılaşdırmağa çalışacağıq. Həmin turnirdə gənc Züleyxa İsmayılova və yeniyetmələrdən ibarət qrup iştirak edəcək", - bolqarıstanlı mütəxəssis əlavə edib.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.