5 mart 2013 13:02

Azərbaycanın gənc gimnastı beynəlxalq turnirdə bürünc medal qazandı

Azərbaycanın gənc gimnastı Jalə Piriyeva Qran-prinin birinci mərhələsi çərçivəsində Moskvada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.
 
"13 yaşlı gimnast gənc idmançıların yarışlarında çoxnövçülükdə yerli idmançı və ukraynalı gimnastdan sonra üçüncü yerə (55,383 bal) sahib çıxıb. Üstəlik, Jalə ən gənc idmançılardan biri olub və 1998-99-cu il təvəllüdlü özündən böyük gimnastlarla mübarizə aparıb".
 
Gimnast Marina Durunda seçmə təsnifat vasitəsilə 4 mümkün finaldan 3-nə yüksəlib. O, ən yaxşı nəticəsini lentlə hərəkətlərdə göstərərək dördüncü olub. Finalda halqa ilə hərəkətlərdə 5-ci, gürz ilə tapşırıqda 8-ci, çoxnövçülükdə isə 7-ci yerə çıxıb.
 
Milli komandanın baş məşqçisi Mariana Vasilyevanın sözlərinə görə, yetirməsi zala toplaşanlarda xüsusi təəssürat yaradıb.
 
"Lentlə hərəkətlərdə çıxış zamanı naməlum səbəblərdən musiqinin dayandırılması Marinanın əhval-ruhiyyəsinə mənfi təsir göstərməyib və onun əla çıxışına mane olmayıb. Bədii gimanstikanın canlı əfsanəsi Alina Kabayeva Durundanı çox məharətli və perspektivli idmançı adlandırıb".
 
Ötən istirahət günlərində Ukraynada daha bir beynəlxalq turnir keçirilib, lakin bu turnir akrobatika və tamblinq üzrə təşkil olunub. Bu yarışda Azərbaycan gimnastı Mixail Malkin ardıcıl ikinci dəfə mütləq qalib olub.
 
Bakı Gimnastika Məktəbinin 17 yaşlı yetirməsi Vinnitsdə yüksək məharət göstərib. Vint tapşırığının yüksək texniki icrası və tullanışların mürəkkəb kombinasiyası ilə birlikdə salto kombinasiyasının hündürlüyü onu Ukraynadan, Rusiyadan olan rəqibləri və daha 9 iştirakçı üçün əlçatmaz edib. Belə ki, Aydın Əliyev turnirdə yeddinci olub.
 
Azərbaycan bayrağı akrobatların şərəfinə də Ukraynadakı idman kompleksində yüksəklərə qaldırılıb. Belə ki, Seymur Cəfərov-Murad Əkbərovdan ibarət kişi gimnastların dueti ikinci, Jalə Abbasova-Nikita Trarovdan ibarət qarışıq cütlük isə üçüncü olub.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.