21 yanvar 2013 15:09

“Bakıdakı gimnastika kompleksi Avropada ən yaxşısı olacaq”

Beynəlxalq Gimnastika Federasiyası Akademiyası (FIG) Azərbaycanda ilk dəfə məşqçilər üçün birinci səviyyəli kurslar keçirir. Azerisport.az Akademiyanın eksperti, kursların rəhbəri Nota Klentrounun müsahibəsini təqdim edir.
 
- Kurslar yanvarın 14-də başlayıb. Artıq bir neçə gün arxada qalıb. Təəssüratlarınız necədir?
- Kurslar yüksək səviyyədə təşkil olunub. Bizi Bakıda qonaqpərvər insanların səmimi qəbulu gözləyirdi. Deyə bilərəm ki, Bakıdakı kurslarda çalışmaq çətin deyil. Kurslarda 16 məşqçi iştirak edir. Bu, o qədər də çox deyil, odur ki, öz vəzifəmizin öhdəsindən uğurla gəldiyimizi hesab edirəm. Əgər auditoriya böyük olsaydı, onda daha çətin olardı. Kurslar nəzəri və praktiki məşğələlərdən ibarətdir. Bütün məşqçilərin kurslarda fəal iştirak etmələri xoşdur. Onların maraqları nəzərə çarpır. Bu, sevindirməyə bilməz. Məşqçilər gündən-günə inkişaf edirlər. Çətinlik yalnız dil baryerindədir. Tərcüməçi vasitəsilə ünsiyyət qurmaq lazım gəlir. Bu, yeganə problemdir. Kurslara praktiki məşğələrdə iştirak edən gimnastlar da cəlb edilib.
 
- Kurslar iştirak edən azərbaycanlı məşqçilər üçün nə dərəcədə faydalı olacaq?
- Bu kurslarda azərbaycanlı mütəxəssislər bir çox yeni şeylər öyrənəcəklər. Bunların hamısından onlar məşq prosesində istifadə edə biləcəklər. Bu, yalnız birinci səviyyədir. Gələn il Azərbaycanda "Level 2" kurslarını təşkil etmək olar ki, burada məşqçilər daha çox şey öyrənə bilərlər. Cəmi üç səviyyə var. Üçüncü mərhələ çox çətindir. Heç də hər bir məşqçi "Level 3" imtahanını verə bilmir. Azərbaycanda nə qədər çox belə kurslar keçirilərsə, sizin mütəxəssisləriniz daha çox irəliləyəcək, daha təcrübəli olacaqlar. Məşqçilərin keçmiş gimnast olmaları daha məqsədəuyğundur. Belə olan halda məşqçilər gimnastları daha yaxşı anlayır, daha yaxşı hiss edirlər.
 
- Siz Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva ilə tanışsınızmı və məşqçi kimi onun haqqında nə deyə bilərsiniz?
- O, böyük təcrübəyə malik çox yaxşı məşqçidir. O, gimnastlarla həm fərdi, həm də qrup halında çox işləyir. Hər bir gimnasta ayrı-ayrılıqda vaxt ayırır. Mariana istedadlı və əməksevər mütəxəssisdir. Belə səviyyəyə çatmaq üçün çox vaxt, öz üzərində çox çalışmaq lazımdır. Buna illər gedir.
 
- Bəs siz gimnastlardan kimi qeyd edə bilərdiniz?
- Xüsusilə iki gənc idmançı məni cəlb etdi, adlarını təəssüf ki, bilmirəm. Onlar əla formadadırlar. Əgər onlar gələcəkdə də belə səylə məşq edərlərsə, onların böyük gələcəyi var. Əlbəttə, heç kim zədələrdən sığortalanmayıb. Lakin əgər hər şey qaydasında olarsa, onlar Azərbaycanı ən böyük turnirlərdə - olimpiadalarda, dünya və Avropa çempionatlarında təmsil edə biləcəklər.
 
- Bakıda olduğunuz dövrdə tikilməkdə olan gimnastika kompleksinə də baş çəkmisiniz...
- Bəli və çox təsirləndim. Deyə bilərəm ki, bu, Avropada ən yaxşı gimnastika kompleksi olacaq. Ora mənim çox xoşuma gəldi.
 
- Bu ildən qüvvəyə minən qaydaya görə, gimnast dörd predmetdən biri üzrə tapşırığı sözlərlə musiqi altında yerinə yetirməlidir. Sizin fikrinizcə, bu, bədii gimnastikanın populyarlığını artıracaqmı?
- Hesab edirəm ki, bu dəyişiklik tamaşaçıların xoşuna gələcək. Ola bilsin ki, bu yenilik gimnastları da sevindirəcək, lakin bu, nəticələrə heç bir təsir etməyəcək (gülümsəyir).
 
- Özünüz haqqında, necə FIG eksperti olduğunuz barədə danışardınız...
- Mən Yunanıstanda doğulmuşam. Bədən Tərbiyəsi Universitetini bitirmişəm. Sonralar Kanadaya köçmüşəm, orada işləməyə başlamışam. Hazırda Ontarioda Brok Universitetində fiziologiyadan dərs deyirəm. 8 il əvvəl FIG mənim də daxil olduğum bir qrup təşkil etdi. Biz məşqçilər üçün böyük fiziologiya proqramı hazırladıq. Və budur, son beş il ərzində biz dünyanın müxtəlif ölkələrində bu proqram üzrə dərs keçirik. (Trend)

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.