15 oktyabr 2012 18:07

Bədii gimnastika üzrə Bakı çempionları müəyyən olunub

80-dən artıq iştirakçı, paytaxtın 8 idman cəmiyyətinin gimnastları, altı qalib, Olimpiya İdman Kompleksinin faktiki olaraq dolu zalı. Azerisport.az xəbər verir ki, oktyabrın 11-12-də keçirilən bədii gimnastika üzrə 19-cu Bakı çempionatının tam olmayan rəqəm siyahısı belədi.
 
Medallar uğrunda ən maraqlı mübarizə senior gimnastlar arasında gedib. Yuniorların qrup komandasında rəfiqə olan və birlikdə Avro-2011-də bürünc medal qazanan Lalə Yusifova və Aişə Mustafayeva çoxnövçülükdə ən yüksək mükafat uğrunda mübarizə aparıblar.
 
Nəticədə Yusifova Mustafayevanı üç balla, üçüncü olmuş Rəhimə Abdullayevanı isə 19 balla qabaqlayıb.
 
Tamaşaçılar habelə yunior gimnastların "Günəş altında yer" uğrunda mübarizələrinin də şahidi olublar. 15 yaşlı Marina Durunda hətta gürzlərlə tapşırığı yerinə yetirərkən Mənsurə Bağıyevaya uduzmasına baxmayaraq, ona heç bir şans qoymayıb. Üçüncü yeri Yekaterina Prokopenko tutub.
 
2000-2001-ci il təvəllüdlü gimnastlar kateqoriyasında Jalə Piriyeva inamlı qələbə qazanıb. O, şəxsi birincilikdə Züleyxa İsmayılovanı qabaqlayıb. Üçüncü yerdə Ruqiyyə Səttarova qərarlaşıb.
 
2002-ci il təvəllüdlü idmançılar arasında Vəfa Həsənzadə birinci olub. İkinci və üçüncü yerləri Darya Sorokina və Ləman Hacıyeva bölüşüb.
 
Doqquz yaşlı idmançılar arasında birinci yeri Məryəm Səfərova, "gümüş"ü Ləman Hüseynova, "bürünc"ü isə Aydan Ağayeva qazanıb.
 
Və nəhayət, 2004-cü il təvəllüdlü ən azyaşlı idmançılar arasında birinciliyi Lala Kramarenko qazanıb.
 
Bakının vitse-çempionu Arzu Cəlilova, bürünc medalın sahibi isə Zərnigar Əliyeva olub.
 
Turnir ənənəvi qala-konsertlə, eləcə də bu il 80 yaşını qeyd edən Azərbaycan gimnastikasının veteranı, uzun müddət Bakı şəhər Gənclər və İdman Baş İdarəsində idmanın bu növünə nəzarət edən Ülkər Qasımovanın ünvanına təbriklərlə başa çatıb.

 

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.