1 oktyabr 2012 16:26

Dünya klub çempionatında dördüncü yer!

Azərbaycanın 15 yaşlı gimnastı Marina Durunda komanda üzrə yuxarı yaşda olan rəfiqələri Aliyə Qarayeva və Lalə Yusifova ilə birgə Yaponiyanın paytaxtı Tokioda başa çatan dünya klub çempionatı üçün "Neftçi" kollektivinin üçlüyünü təşkil edib. Azerisport.az xəbər verir ki, o, medal qazanmasa da, klubun yekunda 5-ci yeri tutmasında az xidmətləri olmayıb.
 
Durundanın özü "Tokyo Gymnasium Metropolitain"i doldurmuş yapon tamaşaçıların sürəkli alqışları altında finalda yeniyetmələr arasında dördüncü yeri tutub. Medalları Belarus, Rusiya və Ukrayna gimnastları öz aralarında bölüşüblər.
 
"Finalda halqanı itirməsi yetirməmin fəxri kürsüyə çıxmasına mane oldu. Lakin əminəm ki, o, gələcəkdə daha yaxşı oynaya biləcək və biz buna cəhd edəcəyik. Digər tərəfdən, səkkiz iştirakçı arasında finala çıxa bilən Yusifovaya (8-ci yer) görə çox şadam. Nəticədə, həlledici mərhələdə iki nümayəndəyə yalnız Rusiya, Belarus və Azərbaycan malik idi", - ölkə yığmasının baş məşqçisi Mariana Vasileva deyib.
 
Komandanın lideri Qarayevaya gəldikdə, o, komandada olduğu kimi, öz çıxışını 5-ci yerdə başa vurub. Bu yarışın qalibi London olimpiadasının qalibi rusiyalı Darya Dmitriyeva olub.
 
Yaxın həftəsonu gimnastika yarışları ilə zəngin olacaq. Yusifova və Durunda İtaliyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcəklər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.