14 may 2012 13:11

Azərbaycanlı gimnast Dünya Kubokunda üçüncü oldu

Azərbaycanlı gimnast Aliyə Qarayeva Fransanın Korbey-Esson şəhərində keçirilən Dünya Kuboku mərhələsində üçüncü yeri tutub. Azerisport.az xəbər verir ki, milli komandanın lideri topla hərəkətlər üzrə finalda bürünc medal qazanıb.
 
Yeganə mükafat Rusiya və Belarus gimnastları ilə rəqabət zamanı əldə edilib. Mükafat yayda keçiriləcək mühüm yarış ərəfəsində çox əhəmiyyətlidir.
 
Gimnastın özünün sözlərinə görə, Fransada keçirilən bütün son yarışlar ona hər dəfə uğur gətirib. "Martda Tye şəhərində Qran pri mərhələsində mən ikinci yeri tutdum, əlbəttə ki, ötən il Monpelyedə mən ilk dəfə çöxnövçülük üzrə üçüncü oldum", - Qarayeva deyib.
 
Dünya Kuboku mərhələsinin ikinci iştirakçısı Lalə Yusifova çoxnövçülükdə 22-ci yeri tutub.
Onun yaşıdı və yeniyetmələrin qrup komandasında keçmiş rəfiqəsi Aişə Mustafayeva Gürcüstanda beynəlxalq turnirdə iştirak edib. 16 yaşlı bakılı gimnast Tbilisidə gürzlərlə tapşırığı yerinə yetirərkən özünün ən yaxşı nəticəsini göstərərək 4-cü yeri tutub.
 
Azərbaycanın həm fərdi, həm də qrup proqramları ilə təmsil olunacağı Nijni Novqoroddakı (1-3 iyun) Avropa çempioantının başlamasına iki həftə qalmış ölkə gimnastları Daşkənddə Dünya Kubokunun növbəti mərhələsində və yeniyetmələr üçün turnirdə, eləcə də Moskvada "Alina -2012" beynəlxalq festivalının final mərhələsində çıxış edəcəklər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.