30 aprel 2012 12:00
Qarayeva Dünya Kuboku mərhələsinin qalibi oldu
Penzada bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü mərhələsi başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Aliyə Qarayeva çənbərlə çıxışında rusiyalı Darya Dmitreyeva və koreyalı Son Yen Çjeyi qabaqlayaraq birinci yeri tutub. Həmçinin, Qarayeva lentlə çıxışda üçüncü olub.
