12 yanvar 2012 15:26

Azərbaycan idman gimnastikası tarixində ilk (FOTO)

Azərbaycan gimnastı Şakir Şıxəliyev bu yay Londonda keçiriləcək Olimpiya oyunlarına lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda deyilir ki, Ş.Şirəliyev milli idman gimnastikasının çoxdan arzusunda olduğu bu lisenziyaya gələcək Olimpiadanın vətənində ikinci təsnifat turnirində sahib olub. O, çoxnövçülük yarışlarında 80.532 bal toplayaraq, Olimpiya oyunlarında iştiraklarını təmin etmiş idmançılar sırasına daxil olub.
 
Ş.Şıxəliyev müstəqil Azərbaycanın idman gimnastikası tarixində Olimpiadaya vəsiqə qazanmış ilk idmançı olub. Azərbaycan Olimpiadada idmanın bu növündə sonuncu dəfə uzaq 1992-ci ildə Barselonada Valeri Belenki ilə təmsil olunmuşdu. V.Belenki o zaman qızıl medal qazanmışdı. V.Belenkinin artıq üç ildir SSRİ-nin Əməkdar Məşqçisi Anatoli Yarmovski ilə birlikdə Şıxəliyevi məşq etdirməsi də tamamilə rəmzi bir haldı.
 
Olimpiya lisenziyasının sahibi bu münasibətlə fikirlərini açıqlayıb: “Mən son dərəcə xoşbəxtəm və qürur hissi keçirirəm ki, doğma Azərbaycanı bu dəfə Olimpiadada təmsil edəcəyəm! Gərgin məşqlərim hədər getmədi. Hətta məşqlər zamanı keçirdiyim müəyyən əsəbilik bu gün altı alətin hamısında bir dəfə də büdrəmədən inam hissi ilə çıxış etməyimə əngəl ola bilmədi. Mənə və məşqçilərimə inanan federasiyaya, mənim üçün həyəcan və narahatlıq keçirən hər bir kəsə minnətdarlığımı bildirmək istəyirəm”.
 
Beləliklə, Azərbaycan yığmasının aktivində artıq 30 Olimpiya lisenziyası var.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.