15 sentyabr 2011 00:03

Yığmamız lisenziyalı dünya çempionatında iştirak edəcək

Sentyabrın 19-dan 25-dək Monpelyedə (Fransa) bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan gimnastlarının da iştirak edəcəyi bu çempionatda ölkəmizin yığma komandasının dəqiq heyəti artıq məlumdu.
 
Azərbaycan yığması çempionatda aşağıdakı heyətdə çıxış edəcək: fərdi yarışlar – Aliyə Qarayeva, Anna Qurbanova, Zeynəb Cavadlı; qrup yarışları – Anastasiya Prasolova, Ceyla Quliyeva, Aelita Xələfova, Stefani Trayanova, Səbinə Abbasova və Yevgeniya Jidkova.
 
Azərbaycan gimnastlarına yığma komandanın baş məşqçisi Marina Vasilevanın rəhbərlik etdiyi məşqçilər qərargahı başçılıq edəcək. Ona Dinara Gimatova və Yasena Kuyumciyeva kömək edəcək.
 
Hakimlər korpusunda Azərbaycanı Natalya Bulanova və Leyla Qəmbərova təmsil edəcək.
Xatırladaq ki, bu dünya çempionatında lisenziyalar uğrunda mübarizə gedəcək. Fərdi yarışlarda 2012-ci il Olimpiadasına 15 vəsiqə oynanılacaq. Lakin hər bir ölkə ən çoxu iki lisenziya qazana bilər. Qrup yarışlarında London Olimpiadasına 6 lisenziya oynanılacaq.
 
Olimpiadaya dünya çempionatında vəsiqə ala bilməyən idmançılar gələn il yanvar ayında Londonda keçiriləcək seçmə turnirdə iştirak edə biləcəklər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.