11 may 2011 13:34

Azərbaycan dünya birinciliyində 4-cü oldu

Kiyevdə Azərbaycan idmançılarının iştirakı ilə bədii gimnastika üzrə Dünya Kubokunun növbəti mərhələsi və beynəlxalq turniri başa çatıb. Azerisport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Dünya Kubokunda ən yaxşı nəticəni qrup komandamız göstərib.
 
Ceyla Quliyeva, Ayelita Xələfova, Səbinə Abbasova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkova İtaliya, Belarus və Ukrayna komandalarından sonra yarışın yekunları üzrə 4-cü yeri tutublar.
 
Ayrı-ayrı finallarda Azərbaycan gimnastları 3 lent və 2 halqa ilə yarışda 4-cü yerin nəticələrini təkrarlayıblar. 5 topla isə komanda 7-ci yeri tutub.
 
Fərdi yarışlarda Zeynəb Cavadlı 10-cu yeri, Anna Qurbanova isə 12-ci yeri tutub. Çoxnövçülükdə rusiyalı Darya Kondakova qalib gəlib, dörd finaldan üçündə isə ukraynalı Alina Malsimenko birinci yeri tutub.
 
Yeniyetmələrin turnirinə gəldikdə, Gülsüm Şəfizadə (1998-ci il təvəllüdlü) 10-cu, Ləman Hacızadə isə (1999-cu il) 17-ci yeri tutub. Bu həftənin sonunda (mayın 13-15-də) Dünya Kubokunun növbəti mərhələsi Korbey-Essonda keçiriləcək. Fransaya Aliyə Qarayeva və Samirə Mustafayeva gedəcəklər.
 

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.