27 aprel 2011 14:58

Azərbaycanlı Belarusda qızıl medal qazandı

Son istirahət günləri Minskdə və Vladimirdə keçirilən beynəlxalq turnirlərdə yeniyetmə Azərbaycan gimnastları bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar. Azerisport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk şad xəbər Belarus paytaxtından gəlib.
 
Oradakı yarışda 12 yaşlı Ləman Hacızadə və Gülsüm Şəfizadə (1998-ci il təvəllüdlü) iştirak ediblər. Topla hərəkətlərdə Hacızadəyə bərabər olan olmayıb. Bu da finalın məntiqi sonluğuna gətirib çıxarıb - mütləq liderlik və birinci yer.
 
Şəfizadə komanda üzrə rəfiqəsinə çata bilməyib, lakin gürzlərlə hərəkətlərdə üçüncü yer də hesaba alınır və yüksək qiymətləndirilir. Çoxnövçülükdə Ləman dördüncü nəticəni göstərib, Gülsüm isə səkkizinci yeri tutub.
 
Mükafatların tam dəstini tamamlamağa yalnız gümüş medal çatdırmırdı. O isə qonşu ölkədə keçirilən tamamilə başqa turnirdə qazanılıb. 10 yaşlı Leyla İbrahimova çıxışlarının yekunu üzrə ikinci nəticəni göstərib. Vladimirdəki yarışlarda iştirak edən digər Azərbaycan idmançıları 4-9-cu yerləri tutublar.
 
Bu arada Rusiyanın Nijni Novqorod şəhərində qrup komandaları arasında Dünya Kuboku mərhələsi keçirilib. Ayelita Xələfova, Ceyla Quliyeva, Səbinə Abbasova, Yevgeniya Jidkova, Stefani Trayanova və Anastasiya Prasolovadan ibarət komanda ikinövçülükdə altıncı yeri tutub.
 
Bu həftənin sonunda fərdi gimnastlar üçün Dünya Kubokunun növbəti mərhələsi Portimaoda (Portuqaliya) keçiriləcək. Orada Aliyə Qarayeva və Anna Qurbanova iştirak edəcəklər.

Похожие новости

Gimnastika 26 sentyabr

Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu

Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib.
Gimnastika 21 sentyabr

Aerobika Gimnastikası üzrə yarışlara start verilir

Payız fəslində gimnastika növləri üzrə milli yarışlar mövsümü aerobika gimnastikası üzrə 2-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı ilə açıq elan olunur
Gimnastika 29 iyul

Durundanın bürüncü və möhtəşəm təşkil edilmiş yarış

Azərbaycanın ev sahibliyi etdiyi Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı başa çatdı.
Gimnastika 14 iyul

2016-cı ilin FIG dünya kuboku finalı Bakıda

Bu il Bədii Gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçiriləcək
Gimnastika 13 iyul

Gimnast Ayşən Bayramova SmartScoring milli brendinin rəsmi səfiri oldu

Azərbaycan gimnastı Ayşən Bayramova, idman yarışlarının təşkili zamanı xalların hesablanması və hakimlik, xronometraj və akkreditasiya üzrə elektron sistemin işlənib hazırlanması və icrası sahəsində xidmət göstərən “SmartScoring” milli brendinin rəsmi səfiri seçilib.
Gimnastika 11 iyul

Marina Durunda dünya kubokunda 7-ci oldu

8-10 iyul tarixlərində Rusiyanın Kazan şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib.
Gimnastika 06 iyul

Gimnastlarımız dünya kubokunda iştirak ediblər

1-3 iyul tarixlərində Türkiyənin Mersin şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku keçirilib
Gimnastika 29 iyun

Akrobatlarımızdan Pavlodarda uğur

Bədii gimnastlarımızın ardınca akrobatlarımız da Qazaxıstandan vətənə medallarla geri döndülər.
Gimnastika 27 iyun

Gənc bədii gimnastlarımızdan Qazaxıstanda uğurlu çıxış

23-25 iyun tarixlərində Astanada (Qazaxıstan) bədii gimnastika üzrə “ZHULDYZ-CUP” adlı beynəlxalq turnir keçirilib.