10 yanvar 2017 13:15
İqnasio Herrera komandaya qoşuldu
"Neftçi” PFK-nın bir neçə gün əvvəl transfer etdiyi çilili futbolçu İqnasio Herrera dünən axşam saatlarında komandanın düşərgəsinə gəlib.
Azerisport.az xəbər verir ki, нücumameyilli yarımmüdafiəçi bu gün komanda ilə məşqlərə çıxıb.
Xatırladaq ki, "Neftçi” ilə 1 illik müqaviləyə imza atmış Herrera indiyədək Çilinin "Reyncers”, "Huaçipato”, "Maqalyanes”, "Kobreloa”, "Deportes İkike”, İspaniyanın "Real Betis” B və Qazaxıstanın "İrtış” klubunda çıxış edib.
