23 dekabr 2016 00:44

«Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»

Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la Bakıda keçirilən cavab oyunu iki futbolçunun “Qəbələ”nin əsas komandasında debütü ilə əlamətdar olub.
Azerisport.az xəbər verir ki, ikinci hissənin sonlarında meydana çıxan Ramil Hasanovla Fərid Nəbiyev “qırmızı-qaralar”ın heyətində ilk rəsmi matçlarında iştirak ediblər. Bu görüşədək ümumilikdə 209 futbolçuya güvənən komandamızın tarixinə Hasanov 210-cu, Nəbiyev 211-ci kimi daxil olub.
17 yaşlı sonuncu debütü haqda fikirlərini gabalafc.az-a açıqlayıb: “Əsas komandada debüt etdiyim üçün sevincliyəm. Göstərdikləri etimada görə bütün məşqçilər korpusuna təşəkkür edirəm. İlk dəfə bu komandada oynamağıma çox şadam. Etiraf edim ki, meydana daxil olanda bir az həyəcan var idi. Bu da ilk oyunum olması ilə bağlıdır. Amma həyəcanlı olsam da, tam hazır idim. Şans qazanmağım mənim üçün gözlənilməz deyildi. Çünki “18-liy”ə düşən hər bir futbolçu istənilən an meydana çıxmağa hazır olmalıdır. Əlbəttə, meydana daha tez çıxıb, çox oynamaq istəyərdim. Hər oyunçu da istəyir ki, meydanda çox şans qazansın”.
Gənc hücumçu AZAL-la matç haqda da fikirlərini bildirib: “Meydançanın ot örtüyü yaxşı vəziyyətdə deyildi. Bu üzdən oynamaq çətin idi. Həm də yaratdığımız qol imkanlarından istifadə edə bilmirdik. Buna görə də çətin qələbə qazandıq”.
Hazırda U-19 milli komandasının heyətində təlim-məşq toplanışında olan Nəbiyev qış fasiləsindən sonra əsas komandada möhkəmlənməyə çalışacağını qeyd edib: “Yanvarın 22-dək yığmanın düşərgəsində olacam. Bu üzdən klubla qış təlim-məşq toplanışına qatıla bilməyəcəm. Amma Qəbələyə qayıdandan sonra çalışıb, üzərimdə işləyəcəm ki, əsas komandada möhkəmlənim. Bu, mənim özümdən asılıdır. Öz üzərimdə daha çox çalışmaqla buna nail ola bilərəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.