22 dekabr 2016 10:38

Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur

“Qəbələ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda AZAL üzərində 1:0 hesablı qələbə qazanıb. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”a qələbə gətirən qolu Asif Məmmədov vurub.
Matçın 53-cü dəqiqəsində rəqib qapısına yol tapan futbolçu görüş haqda fikirlərini gabalafc.az-a açıqlayıb: 
“Oyun çox çətin alındı. Öncədən də ağır qarşılaşma olacağını bildiyimizdən, matça ciddi hazırlaşmışdıq. İlk oyunda qazandığımız üstünlük minimal olduğundan cavab görüşü həlledici xarakter daşıyırdı. Buna görə matça hazırlığımız yüksək səviyyədə idi. Baş məşqçimiz də vacib tapşırıqları vermişdi. 4-cü dəfə qarşılaşdığımız AZAL bütün oyunlardakı kimi bu dəfə də yaxşı nəticə üçün mübarizə apardı. Amma çətin də olsa, qələbə qazandıq. İlin son qarşılaşması idi. Belə oyunlar həmişə ağır alınır. Çünki hər bir komanda fasiləyə yaxşı əhval-ruhiyyə ilə yollanmaq istəyir və bütün qüvvəsi ilə mübarizə aparır.  Sevinirəm ki, qalib gəlib, ili qələbəylə bitirdik. Düşünürəm ki, daha istəkli olmağımız sayəsində qələbə qazandıq”.

“Qəbələ”nin heyətində 9-cu qolu vuran Məmmədov bunun həm qələbə baxımından, həm şəxsi mənada mühümlüyünü qeyd edib: “Ötən oyunda çox əlverişli qol imkanını qaçırmışdım. Bu, özümə də pis təsir etmişdi. Ona görə də indi qol vurmağım çox yaxşı oldu. Həm özünəinamı artırmaq baxımından, həm də qış fasiləsinə yüksək əhval-ruhiyyədə yollanmaq üçün bu qol lazım idi. İndi çalışıb, bunun davamını gətirməliyəm. Ən əsası isə bu qol komandamıza qələbə qazandırdı. Təbii ki, komandanın uğuru ən önəmlisidir”.

Futbolçumuz görüşdə qaçırılan qol imkanlarından, bunun son matçları əhatə etməsinə də toxunub: “AZAL-la matçda mənim də, komanda yoldaşlarımın da qaçırdığı imkanlar da oldu. Son vaxtlar həqiqətən də xeyli sayda qol epizodlarını boşa veririk. Bütün bunlara baxmayaraq, kifayət qədər məhsuldar da çıxış edirik. Premyer Liqada da ən çox qol vuran komandayıq. Məncə qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur. Hesab edirəm ki, bu da yorğunluqla bağlıdır. İlin sonudur və nəzərə almaq lazımdır ki, mövsümün 5-6 ayı ərzində 31 oyun keçirmişik. Heç əksər aparıcı futbol ölkələrində rəqəm belə yüksək deyil.  Bu üzdən yorğunluq başadüşüləndir. Baş məşqçimiz də bu iradı bizə bildirir. Ümid edirəm ki, qış fasiləsində bunun üzərində çalışıb, çatışmazlığı aradan qaldırarıq”.

2016-cı ildə son matçını keçirən “qırmızı-qaralar”ın yarımmüdafiəçisi başa çatmaqda olan ili dəyərləndirib: “2016-cı il bizim üçün çox gözəl alındı. UEFA Avropa Liqasının qrupunda oynadıq. Daxili yarışlarda – çempionat və kubokda da çıxışımızı uğurla davam etdiririk. Bu üzdən başa çatmaqda olan ili həm özüm, həm komanda üçün uğurlu hesab edirəm. İlin ikinci yarısı bizim ağır və yaxşı alındı. Ağır olması oyun sayının çoxluğu ilə bağlıdır. İnanıram ki, qarşıdakı il də belə uğurlar baxımından daha zəngin olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.