21 dekabr 2016 19:00
Yarımfinal cütlükləri bəlli oldu
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, cavab oyunlarından sonra “İnter”, “Qarabağ”, “Qəbələ” və “Neftçi” adını növbəti mərhələyə yazdırdı.
İlk və cavab oyunlarının ümumi nəticəsinə əsasən yarımfinal cütlükləri belə formalaşdı:
“Neftçi” – “Qarabağ”
“İnter” – “Qəbələ”
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları 30 mart, cavab görüşləri isə 5 aprel tarixində reallaşacaq.
