21 dekabr 2016 11:10

Orxan Sadıqlı: İnter hər iki turnirdə uğurlu nəticə üçün mübarizə aparır

"İnter"in qapıçısı Orxan Sadıqlı Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "İnter"in yarımfinala vəsiqəni böyük ölçüdə təmin etdiyini demək olar?
- Gəncədəki cavab matçı çox çətin olacaq. Oyuna çox ciddi hazırlaşmışıq. Uğurlu nəticəyə imza atıb, yarımfinala vəsiqəni təmin etməliyik.

- Axı ilk oyundakı 2:0 hesablı qələbə sizə böyük üstünlük qazandırıb...
- "Kəpəz"lə oyunlarımız həmişə çətin keçir. Buna görə də yarımfinala vəsiqənin taleyinin hələ həll olunmadığını düşünmürəm. 2:0 yarımfinala zəmanət vermir. Gəncə stadionunun vəziyyətini hər kəs bilir. Ağır oyun olacaq. Amma ümid edirəm ki, matçı zədəsiz, problemsiz və uğurlu nəticə ilə başa vurub, yarımfinala çıxacağıq.

- Mütəxəssislərin fikrincə, "İnter" bu mövsüm çempionatla müqayisədə kubokun qalibi olmağa daha şanslıdır...
- Biz hər iki turnirdə uğurlu nəticə üçün mübarizə aparırıq. Uğura inanırıq.

- Premyer Liqanın bu ilki son turunda "Qarabağ"la səfərdə qolsuz heç-heçəyə razılaşdınız. Həmin oyunda xal qazanmağınızda ən böyük pay sahiblərindən biri də siz oldunuz...
- "Qarabağ"ı, bu komandanın gücünü hamı yaxşı bilir. Meydana çıxan hər bir futbolçumuz öz tapşırığının öhdəsindən layiqincə gəldi. Bu mövsüm "Qarabağ"dan 4 xal almağımız çox yaxşı nəticədir. Həmin gün uğur mənim tərəfimdə oldu və komandama kömək edə bildim. Amma heç-heçəyə bütöv komandamızın uğurlu çıxışı sayəsində nail olduq.

- Deyilənə görə, oyundan sonra rəqib oyunçular sizi təbrik ediblər...
- Bəli, "Qarabağ"ın bir neçə futbolçusu məni təbrik etdi. Sağ olsunlar.

- "İnter" "Qarabağ" və "Qəbələ" ilə çempionluq uğrunda mübarizə apara bilər?
- Hədəfimiz budur. Əsas tapşırıq isə ilk üçlükdə qərarlaşmaqdır. Amma mövsümün sonunda birinci yeri tutsaq, bu da sürpriz sayılmamalıdır.

- "İnter"dəki çıxışınızdan razısınız?
- 9 il "Xəzər Lənkəran"da oynamışam, indi isə "İnter"dəyəm. Buradakı oyunçuların çoxunu tanıyıram, bu yöndə hansısa problemim olmayıb. İki dəfə özümü göstərməyə şans veriblər: biri kubokda, digəri çempionatda. Şadam ki, hər iki oyunda ümidləri doğrultmuşam.

- Səlahət Ağayevlə rəqabət necədir?
- Səlahət komandanın əsas qapıçısıdır. Uzun illərdir burada çıxış edir, yığmaya dəvət alır. Hər birimiz rəqabət aparmaqla klubumuzun uğurlu çıxışına çalışırıq. Kimin meydana çıxmasının önəmi yoxdur. Əsas "İnter"in qələbəsidir.

- "Xəzər Lənkəran"ın hazırda Premyer Liqada olmamasına münasibətiniz necədir?
- Bu klubun yoxluğu həm region, həm də Azərbaycan futbolu üçün mənfi haldır. Ən böyük azarkeş ordusu olan klub idi. Onlarsız da futbol olmur. Orada futbolçular üçün hər cür şərait var idi. Amma məlum hadisələr vəziyyəti bu həddə gətirib çıxardı. İnanıram ki, XL gələcəkdə yenidən çempionatda olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.