20 dekabr 2016 15:00
Qəbələdə üç itki
"Qəbələ" Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində AZAL-a qarşı keçirəcəyi cavab matçına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, bölgə klubunun heyətində bəzi itkilər var.
Belə ki, qarşıdakı oyunu zədə səbəbindən Məhəmməd Mirzəbəyovla Rikardinyo buraxmalı olacaq. Fransalı hücumçu Baqali Dabonun da meydana çıxması sual altındadır.
Qeyd edək ki, AZAL - "Qəbələ" matçı sabah Şüvəlanda keçiriləcək və saat 16:00-da start götürəcək.
