20 dekabr 2016 12:30

“Çətin ki, danışılmış oyunların təşəbbüskarı futbolçular özləri olsun”

Məlum olduğu kimi, UEFA və digər mənbələrdən daxil olan məlumatlara əsasən, AFFA və PFL Azərbaycan Birinci Divizionunda danışılmış oyunlarla bağlı araşdırma aparır. AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov azerisport.az saytına açıqlamasında məlum hadisələrlə bağlı fikirlərini bölüşüb:

"Mən də bu məsələnin araşdırılması ilə bağlı yaradılan komissiyaya daxiləmmi? Bu, gizli saxlanılır. Komissiya barədə sizə dəqiq heç nə deyə bilmərəm".

Amma millimizin sabiq məşqçisi bildirib ki, komissiya üzvləri xeyli oyuna baxıb: "UEFA-dan göndərilən şübhəli oyunların müxtəlif epizodlarına baxmışıq. UEFA-nın bəzi oyunlarla bağlı şübhələri ilə razılaşa bilmərik. Buna görə də şübhəlilərin bəzisinin adını həmin siyahıdan çıxardıq".

Qeyd edək ki, 6 gün öncə sözügedən komissiya 12 futbolçuya bəraət hüququ qazandıraraq, onların yenidən futbol oynamasına razılıq verib.

Sadıqov hesab edir ki, bu, araşdırmanın sadəcə, ilk mərhələsidir: "Araşdırma davam edir. Bu, hələ ilk mərhələdir. Hazırda yalnız futbolçularla məşğuluq. Daha sonra sifarişçiləri qəbul edəcəyik. Çətin ki, danışılmış oyunların təşəbbüskarı futbolçular özləri olsun. Bu, mərhələli işdir. Amma öncə UEFA-nın şübhəli bildiyi bütün oyunlara baxmaq lazımdır. Daha sonra klub rəhbərlərinin, məşqçilərin fikirlərini öyrənəcəyik. Ola bilsin ki, AFFA İcraiyyə Komitəsinin növbəti iclasına kimi araşdırma yekunlaşsın. Çünki bu məsələ ilə bağlı yekun qərarı məhz İK qəbul edəcək. Amma görüləsi iş çoxdur".

Millimizin sabiq çalışdırıcısı sonda bu olaylara görə qəbul olunacaq mümkün cəzalardan da danışıb: "Araşdırma sonadək aparılmasa, Azərbaycan futboluna sanksiya tətbiq oluna bilərmi? Bunu bilmirəm. Bircə onu bilirəm ki, UEFA bu məsələdə maraqlıdır. Sanksiya barədə isə heç nə bilmirəm. Bizə sadəcə, onu xəbərdarlıq ediblər ki, Azərbaycan futbolunda belə hallar baş verir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.