20 dekabr 2016 11:00

Qəbələ: 14 oyun, 24 futbolçu, 30 qol

Topaz Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub. Azerisport.az xəbər verir ki, ilk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə 2-ci pillədə yollanıb.

Keçirdiyi 14 qarşılaşmada 9 qələbə qazanıb, 4 heç-heçə edən “qırmızı-qaralar” yalnız 1 dəfə məğlub olub. İlk oyununu avqustun 8-də keçirib, 132 günlük mübarizədən sonra hesabında 31 xal olan komandanın 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik:

- “Qəbələ” ilk yarıda ən çox qol vuran komandadır – 30 top. Komandanın orta məhsuldarlığı 2,14-dür.
- 14 matçda 7 top buraxan “qırmızı-qaralar” bu göstəricidə 2-cidir. Komanda hər oyunda orta hesabla 0,50 qola üzülüb.
- Öz meydanında daha çox – 8 matç keçirən “Qəbələ” hamıdan çox 22 xal toplayıb.
- Evdə uduzmayan 4 komandadan biri olan “qırmızı-qaralar” 7 qələbə qazanıb, 1 heç-heçə edib, 16 top vurub, 2-ni buraxıb.
- 6 səfər matçında 9 xal toplayan “Qəbələ” 2 qələbə qazanıb, 3 heç-heçə edib, 1 dəfə uduzub.
- “Qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadır - 14 top. Ən az – 5 qol buraxan 3 komandadan biri olan “Qəbələ”, səfərdə ən az – 1 məğlubiyyət alan 2 klubdan biridir.
- “Qəbələ” 14 oyundan yalnız ikisində qol vura bilməyib. Hər iki matç 0:0 hesabı ilə başa çatıb.
- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:0 - 4 dəfə, 2:1 və 0:0 – hərəsi 2 dəfə, 4:1, 3:0, 8:0, 1:0, 1:1 və 2:2 - hərəsi 1 dəfə.
- “Qırmızı-qaralar” mövsümün ilk yarısında 3 böyükhesablı qələbə qazanıb.
- “Neftçi” üzərindəki 8:0 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.
- Yeganə het-trik Baqali Dabonun hesabındadır. O, “Neftçi” ilə görüşdə 3 dəfə fərqlənib.
- “Qəbələ”nin futbolçuları 4 dubla imza atıb. Baqali Dabo, Ruslan Qurbanov, Sergey Zenyov və Teo Uiks 1 matçda 2 dəfə fərqləniblər.
- Filip Ozobiç son 3 turda meydanı qolsuz tərk etməyib. Bu, futbolçular arasında komandanın mövsümdəki ən qollu seriyasıdır.
- Mövsümün ilk 14 oyununda “qırmızı-qaralar”ı meydana 4 kapitan çıxarıb. Rəşad Sadiqov 9, Dmitri Bezotosnı və Asif Məmmədov hərəyə 2, Rafael Santos 1 dəfə meydana kapitan sarğısında çıxıb.
- “Qəbələ”nin 14 matçını 7 hakim idarə edib. Rəhim Həsənov 4, Əliyar Ağayev, İnqilab Məmmədov, Rauf Cabbarov və Rəvan Həmzəzadə hərəyə 2, Fariz Yusifovla Ömər Paşayev isə hərəyə 1 dəfə komandanın matçında fit çalıb.
- Komanda vurduğu qollardan 11-ni 1-ci, 19-nu 2-ci hissədə vurub.
- I hissədə qol buraxmayan “Qəbələ” 7 topun hamısını fasilədən sonra qapısında görüb.
- “Qırmızı-qaralar” 8 ev oyunundan ikisini “Dalğa Arena”, altısını Qəbələ şəhər stadionunda keçirib.
- Komandanın 8 ev matçını 9600 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1200 seyrçi olub.
- Qəbələdəki 6 oyunda 8800 izləyici olub. Bu qarşılaşmalarda orta göstərici 1633-dir.
- “Qarabağ”la ev oyununu daha çox – 3000, Bakıdakı iki oyunu saymasaq, “Zirə” ilə matçı ən az – 500 tamaşaçı izləyib. Paytaxtdakı görüşlərdə isə “İnter”lə matçı 500, “Kəpəz”lə oyunu isə cəmi 300 nəfər seyr edib.

Bütün oyunlar
8 avqust. “Qəbələ” - “Kəpəz” – 2:0
Qollar: Tellur Mütəllimov, 58; Baqali Dabo, 79

12 avqust. “Qəbələ” – “İnter” – 0:0

10 sentyabr. “Neftçi” - “Qəbələ” – 8:0
Qollar: Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan Qurbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)

19 sentyabr. “Qəbələ” – AZAL – 3:0
Qollar: Filip Ozobiç, 31; Ruslan Qurbanov, 56; Roman Hüseynov, 65

22 sentyabr. “Qəbələ” - “Sumqayıt” – 2:0
Qollar: Baqali Dabo, 85; 90

25 sentyabr. “Zirə” - “Qəbələ” – 0:2
Qollar: Teo Uiks, 19;76

2 oktyabr. “Qəbələ” - “Qarabağ” – 2:0
Qollar:  Filip Ozobiç, 11; Baqali Dabo, 14

15 oktyabr. “İnter” - “Qəbələ” – 1:1
Qollar:  Ağabala Ramazanov, 48 // Sergey Zenyov, 69

25 oktyabr. “Sumqayıt” - “Qəbələ” – 2:2
Qollar:  Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) // Rəşad Eyubov, 64; Filip Ozobiç, 73

29 oktyabr. “Qəbələ” – “Neftçi” – 4:1
Qollar: Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49

6 noyabr. AZAL - “Qəbələ” – 0:0

19 noyabr. “Qəbələ” – “Zirə” – 1:0
Qol:  Filip Ozobiç, 52

29 noyabr. “Qarabağ” - “Qəbələ” – 2:1
Qollar: Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 // Filip Ozobiç, 64

17 dekabr. “Qəbələ” – “Kəpəz” – 2:1
Qollar: Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) // Tural Axundov, 77 (p.)

- İlk iki dövrədə “Qəbələ”nin formasını 24 futbolçu geyinib.
- İki oyunçu – Dmitri Bezotosnı və Filip Ozobiç çempionatın bütün qarşılaşmalarına iştirak edib.
- Yalnız Dmitri Bezotosnı 14 matçın hamısında əvəzolunmadan çıxış edib.
- 24 futbolçudan 13-ü oyunların yarıdan çoxunda – 8 və daha çox matçda iştirak edib.
- Bir oyunçu isə cəmi 1 dəfə meydana çıxıb.
- “Qəbələ”nin ən yaxşı bombardirləri Filip Ozobiçlə Baqali Dabodur. Hərəyə 7 qol vuran futbolçular Topaz Premyer Liqasında da ən məhsuldar oyunçulardır.
- Ümumilikdə “qırmızı-qaralar”ın 10 futbolçusu qol sevinci yaşayıb.
- Ruslan Qurbanov 4, Sergey Zenyov 3, Rəşad Eyubovla Teo Uiks hərəyə 2, Asif Məmmədov, Vitali Vernidub, Tellur Mütəllimov və Roman Hüseynov hərəyə 1 qol vurublar.
- “Qəbələ” ilə oyunda “Neftçi”nin müdafiəçisi Jayro öz qapısına qol vurub.
- Komandanın qapısına 3 penalti təyin olunub. Dmirti Bezotosnı hər üç zərbəni qapısından buraxıb.
- “Qırmızı-qaralar” rəqib qapılarına 3 penalti vurub. Filip Ozobiç və Ruslan Qurbanov dəqiq olubsa, Nika Kvekveskirinin zərbəsi qolla nəticələnməyib.
- Mövsümün arxada qalan hissəsində futbolçular 33 vərəqə alıb. Bunlardan 30-u sarı, 2-si qırmızıya çevrilən sarı, 1-i isə qırmızı vərəqədir.
- Meydandan kənarlaşdırılan yeganə oyunçu Sadiq Quliyev olub.
- Digər 30 vərəqə 14 futbolçuya göstərilib. Voyislav Stankoviç, Rafael Santos və Ürfan Abbasov hamıdan çox – hərəyə 4 xəbərdarlıq alıb.
- 14 matçdan yalnız 5-də qol buraxan Dmitri Bezotosnı 9 “quru” oyun keçirib. Bu, mövsümün rekordudur.
- Ötən mövsümdən başlayan quru seriyasını cari çempionatda da davam etdirən Dmitri Bezotosnı ardıcıl 9 oyun və ya 915 dəqiqə qol buraxmayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.