19 dekabr 2016 13:40
İnterin yeni prezidenti bəlli oldu
"İnter"in yeni prezidenti bəlli olub. Azerisport.az xəbər verir ki, kluba bundan sonra Azər Əliyev rəhbərlik edəcək.
O, bu gün məşqdən sonra komanda üzvləri ilə də görüşəcək.
Qeyd edək ki, Rəşad Qasımovun oktyabr ayındakı istefasından sonra "İnter"ə müvəqqəti olaraq Rüfət Abdullayev rəhbərlik edirdi.
