19 dekabr 2016 11:40

Vançe Şikov: Azərbaycana bir gələndə sevindim, bir də qayıdanda

"Neftçi"nin makedoniyalı sabiq futbolçusu Vançe Şikovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" tarixinin ən pis transferlərindən biri oldunuz. Niyə bu komandada heç yarım il də oynaya bilmədiniz?
- Məni Avropa Liqasında Makedoniya "Şkendiya"sı ilə oyundakı zədə geri saldı. Komandaya qayıdanda tam hazır deyildim. Amma meydana buraxırdılar. Daha sonra yığma komandanın heyətində daha bir zədə aldım. Vəli Qasımov getdi, onu Elxan Abdullayev əvəz etdi. Onun gəlişindən sonra hər şey daha da pis oldu.

- Niyə?
- O, hər şeydə futbolçuları günahkar bilirdi. Ona görə biz həmişə günahkar idik. Özünü isə heç nədə günahkar saymırdı. Özünüz də görürsünüz ki, "Neftçi"nin nəticələri faciəvidir. Necə hər oyundan sonra yaxşı futbolçunun olmamasından danışa bilərsən? Halbuki, "Neftçi"də yetərincə yaxşı futbolçu var idi. Sadəcə, onları bir komanda olaraq birləşdirmək lazım idi.

- Sizinlə müqaviləyə xitam verilməzdən öncə əvəzedici komandaya göndərildiniz...
- Bunun gec və ya tez baş verəcəyini bilirdim. Abdullayev mənə dedi ki, bu qədər maaşla necə belə oyun göstərmək olar. Məşqçi futbolçusu ilə necə belə danışa bilər? İlk dəfə bu komandada gördüm ki, baş məşqçi hər şeydə futbolçuları günahkar çıxarıb, özünü təmiz hesab etsin.

- "Neftçi"nin ən yüksək ödənişli futbolçulara malik olmasına baxmayaraq, belə zəif çıxışı sizə təsir etmirdi?
- Mənim Azərbaycana gəlişim ən böyük səhvlərimdən biridiri. Mənə ölkənin ən böyük klubuna keçdiyimi deyirdilər. Yəqin ki, əvvəllər elə olub. Amma indi "Neftçi"nin böyüklüyündən heç bir əsər-əlamət qamayıb. İqor Mitreskinin transferdən öncə mənə dediklərini də görmədim. Belə bir böyük klubun cəmi 200-300 azarkeşi necə ola bilər? Çox təəssüf.

- Sizcə, bütün bunlarda günahkar kimdir?
- Klub rəhbərliyini günahlandırmaq istəməzdim. Onlar öz işlərini görürlər. Sadəcə, məşqçilər korpusunu qaydasına salmaq lazımdır. "Neftçi"nin Elxan Abdullayevlə heç bir perspektivi yoxdur. Komandaya sadəcə, yaxşı məşqçi lazımdır ki, bu heyətlə maksimum nəticə əldə edə bilsin. Onlar ölkə kubokunda "Zirə"ni keçə bilərlər. Sonra? Yarımfinalda "Qarabağ"la oyunlarda "Neftçi"nin heç bir şansı yoxdur. Elə onunla da mövsüm boşa verilmiş olacaq.

- Belə görünür ki, Azərbaycanı mənfi emosiyalarla tərk etmisiz...
- Mən orada "Qarabağ", "Qəbələ" kimi klublar da gördüm. Bu klubların böyük potensialı var. "Neftçi" isə onlardan çox uzaqdadır. Təbii ki, onların mənə müqaviləni ləğv etməyi təklif etməsinə çox sevindim. Bütün baş verənlərdən sonra yeganə çıxış yolu məhz bu idi. Belə vəziyyətdə oynya bilməzdim. Prinsipcə, Azərbaycanda iki dəfə sevindim: bir gələndə, bir də gedəndə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.