19 dekabr 2016 00:20

Rafael Santos Qəbələdə 100-cü oyununu keçirdi

Topaz Premyer Liqasının 14-cü turunun “Kəpəz”lə ev oyunu “Qəbələ”nin futbolçusu Rafael Santos üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, braziliyalı müdafiəçi “qırmızı-qaralar”ın heyətində 100-cü rəsmi matçını keçirib.

Komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün fasiləsindən sonra meydana çıxan cənubi amerikalı “Qəbələ”nin tarixinə 100 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Ona qədər yalnız 4 futbolçu bu qədər matçda “qırmızı-qara” forma geyinib. Bunlar Dodo (161), Ürfan Abbasov (144), Viktor Mendi (127) və Samir Zərgərovdur (122).

2014-cü il fevralın 2-də keçirilən Premyer Liqanın  “Sumqayıt” – “Qəbələ” matçında (0:3) ilk dəfə bu komandanın formasını geyinən Rafael “qırmızı-qaralar”ın heyətində 100 oyunda 8577 dəqiqə meydanda olub. Hesabında 2 qol və 21 sarı vərəqə olan müdafiəçi 1 avtoqola da üzülüb. O, ölkə çempionatında 69, kubokda 11, UEFA Avropa Liqasında 20 matç keçirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.