19 dekabr 2016 00:15

Ruslan Qurbanov: Hesab daha böyük ola bilərdi

Topaz Premyer Liqasının 14-cü turunda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən “Qəbələ” 2016-2017-ci illər mövsümünün ilk yarısını qələbə ilə başa vurub. Azerisport.az xəbər verri ki, “qırmızı-qaralar” ev oyunundakı qələbəni 83-cü dəqiqədəki qolla əldə edib.

Qələbə qolunun müəllifi olan Ruslan Qurbanov matç haqda fikirlərini klub saytına açıqlayıb: “Müdafiə futbolu oynayan və bütünlüklə qapanan komandalara qarşı oynamaq həmişə çətin olur. Amma “Kəpəz” haqda bu sözləri demək olmaz. Gəncə təmsilçisi oyunun müəyyən kəsiyində müdafiəyə çəkilir, müəyyən hissələrində isə hücumlar təşkil edirdi. Onlar da bizə qapımız önündə kifayət qədər çətinlik yaşada bildilər. Ümumiyyətlə “Kəpəz” çox yaxşı komandadır. Bu üzdən onlara qarşı görüş də çətin alındı. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirdik. Bunun sayəsində də vacib 3 xal qazandıq. Əsas budur ki, qələbə qazana bildik. Əslində, bu qarşılaşmada hesab daha böyük ola bilərdi. Lakin imkanlardan istifadənin üzərində hələ də çalışmalıyıq. Bunu bacarsaq, hər şey istədiyimiz kimi olacaq. İndi qarşıdakı kubok oyununu düşünməliyik. Artıq AZAL-la matça hazırlaşa bilərik”.

Qurbanov rəqibin qapısına təyin olunan penaltini yerinə yetirməsi və mövsümün ilk yarısındakı çıxışı haqda da fikirlərini bildirib: “Penaltini yerinə yetirməyimə gəlincə, komandamızda bütün futbolçular bu işin öhdəsindən gələ bilir. Budəfəki qarşılaşmada belə zərbəni Filip Ozobiçin yerinə yetirməsi qərara alınmışdı. İlk penaltini də o vurdu. Lakin xorvatiyalı əvəz olunduğundan topa mən yaxınlaşdım. Özümə güvəndiyimdən dəqiq oynayıb, qələbə qolunu da vurdum. Komandamızın və şəxsən özümün mövsümün ilk yarısındakı çıxışından razıyam. Amma hələ üzərimizdə çox çalışmalıyıq. Bunu etdikdən sonra hər şey daha yaxşı olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.