17 dekabr 2016 22:00

Mahir Şükürov: Neftçinin 2-3 oyunçusunun maaşı AZAL-ın illik büdcəsinə bərabərdir

"Neftçi"nin müdafiəçisi Mahir Şükürov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində AZAL-a qarşı oyundan (0:1) sonra azerisport.az saytının da aralarında yer aldığı bir qrup jurnalistə müsahibə verib:

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bu matça kənardan baxmaq çox çətin idi. Qol vurmaq, qalib gəlmək üçün şanslarımız da oldu. Amma bunu bəraət üçün demirəm. Məsələ burasındadır ki, AZAL-a qarşı oynayırdıq. Bizim 2-3 oyunçunun maaşı bu klubun illik büdcəsinə bərabərdir. Bax buna görə qələbə qazanmağa borclu idik. Bu, bağışlanmaz məğlubiyyətdir.

- Siz, Araz Abdullayev meydanda olsaydı, "Neftçi" qalib gələ bilərdi?
- Əlbəttə, hər şey fərqli olardı. Qarşıda "Zirə" ilə kubok oyunu var. Həmin görüşə hazırlaşmalıyıq.

- "Neftçi" ili sonuncu pillədə başa vurmamasına görə sevinə bilər?
- Bəli. Ümid edirəm ki, qış fasiləsindən sonra tam fərqli komanda olacağıq və qələbələrimizin də sayı çox olacaq.

- "Neftçi"nin kuboka kökləndiyini demək olar?
- Bəli. Orada daha yaxşı şansımız var. "Zirə"ni keçək, qışda güclənməliyik. Bu turnirdə uğur qazana bilərik.

- Komanda qışda çox dəyişməlidir?
- Təyyarə qəzasında heyətinin böyük hissəsini dəyişən Braziliyanın "Şapekopense" klubu kimi. Bizə 10-15 oyunçu lazımdır.

- Bu fasilə sizə kömək edəcək?
- Bu fasilənin mənə də köməyi olacaq. İndi 60-70 faiz hazıramsa, qışda tam hazır ola biləcəyəm. Qışdan sonra azarkeşlər də fərqli Mahir Şükürov görəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.